Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqlarına müvafiq qruplar üzrə 03.07.2020 tarixində növbəti təlimlər tədris olunmuşdur.
Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadənin təqdimatında “Valideyn və övlad arasında münasibətin formalaşması: Bağlanma nəzəriyyəsi”, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilovanın təqdimatında “Uşaq və yeniyetmələrdə depressiya və onun korreksiyası”, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Gülər Zamanzadənin təqdimatında “Uşaq və yeniyetmələrdə obsessiv-kompulsiv pozuntu və onun korreksiyası, Yel Broun testi və tətbiqi qaydaları” mövzularına həsr olunmuşdur.
Əməkdaşlarımıza təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik.