04.07.2020 tarixində zoom proqramı vasitəsilə daha bir vebinarımız baş tutdu. Öz sahəsinin peşəkarı olan defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında keçirilən vebinar “Nitq qüsurları” mövzusuna həsr olundu. Qönçə xanım iştirakçılara nitq qüsurlarının təsnifatı, diaqnostikası və korreksiyasına dair ətraflı məlumat verib, həmçinin onların suallarını cavablandırdı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Qönçə xanıma öz zəngin bilik və təcrübəsini iştirakçılarımızla paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk!