“Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassı – 2 (Modul 2)

Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Mətanət Əliyevanın təqdimatında 6 saatlıq “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının 2-ci modulu ötən gün 04.07.2020 tarixində baş tutdu.

Zoom proqramı vasitəsilə keçirilən masterclassın 2-ci modulunda iştirakçılara ailələrdə problem və ailə terapiyası, ailələrə həll mərkəzli yanaşma, həll mərkəzli terapiya sxeminin problemə müvafiq qurulması nəzəri və praktik cəhətdən öyrədildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, Mətanət xanıma zəngin bilik və təcrübəsini gənc mütəxəssis və tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, masterclass iştirakçılarına növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat