Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən, 5-9-cu siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 13.07.2020 tarixində ilk superviziyalar keçirildi.
Superviziyalar Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilova və Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Gülər Zamanzadənin təqdimatında baş tutdu.S
uperviziya saatında həftə ərzində görüləcək işlər müzakirə edildi, fəaliyyət proqramı təqdim olundu və məktəb psixoloqlarının çətinlik çəkdiyi məqamlar aydınlaşdırıldı.
Əməkdaşlarımıza təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik!