Dəyərli izləyicilərimiz, 23.07.2020 tarixində bol informasiyalı, texnikalarla zəngin daha bir vebinarımız baş tutdu. “Panik atak və onun terapiyasında istifadə olunan texnikalar” mövzusuna həsr olunmuş vebinar BDU-nun müəllimi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında keçirildi.
Mələk xanım panik atak və panik pozuntunun fərqi, panik atakın koqnitiv bihevioral terapiya ilə müalicəsi haqda iştirakçılara ətraflı məlumat verdi və onları panik atakın psixoterapiyası zamanı istifadə olunan texnikalarla tanış etdi.
Mələk xanıma öyrədici vebinar üçün təşəkkürümüzü bildirir, iştirakçılarımıza uğurlar arzu edirik!