11.09.2020 tarixində “Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursunun sonuncu, 8-ci modulu Zoom proqramı vasitəsilə baş tutdu.
Qeyd edək ki, kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi Gülər Zamanın təqdimatında tədris edilirdi.
Son modulda 24 saatlıq kurs proqramı bir daha təkrar olundu, iştirakçıları maraqlandıran məqamlar aydınlaşdırıldı.Kurs iştirakçıları kurs materialları ilə təmin olundular.
Kursda iştirakı təsdiq edən Sertifikat iştirakçıların poçt ünvanına göndərildi.Gülər xanıma öz zəngin bilik və təcrübəsini kurs iştirakçıları ilə paylaşdığı üçün təşəkkürümüzü bildirir, iştirakçılara növbəti kurslarımızda görüşmək ümidi ilə uğurlar arzu edirik!