Qeyri-müəyyənliyə səyahət : kollektiv, yoxsa fərdi düşüncə?

Açar sözlər: fərdi düşüncə, kollektiv düşüncə, COACH halı, CRASH halı, İQ, beyin həmləsi

Müasir dünyada əksəriyyət insanın rəqabət içində olduğu şəraitdə fərq yaradan bir neçə dəyər vardır. Sağlam rəqabət şəraitində bu dəyərlərdən biri yaradıcılıqdır. Yaradıcılığın tərifini verməyə deyil, sadəcə ona fərqli aspektdən baxmağa çalışacağıq. Bunun üçün mövcud iki əksqütblü yanaşmaların təhlilindən çıxış edib, öz fikrimizi əsaslandırmaq üçün müqayisə zəmini sahəsi yaratmağı düşünürük. Müddəamız ondan ibarətdir ki, Azərbaycanda fərdi düşüncə kollektiv düşüncəyə nisbətdə daha effektivdir və yaradıcılığa tövhəsi daha müəyyəndir.
Birinci yanaşmaya görə, kollektiv düşüncə daha önəmlidir və yaradıcılığın təməl daşıdır. Bu yanaşmanın bu gün təbliğatçılarından biri Robert Diltsdir. Onun fikrincə, kollektiv ağlın aktivləşdirilməsi üçün əsas rüşeymlər bunlardır:
a) reallıq filtrlər vasitəsilə qurulur:
1. Filtrlər kvant təxəyyülünü konkret reallığa çevirirlər.
2. Filtrlərin 3 əsas tipi: somatik (bədən halları, emosiyalar, poza, hərəkətlər, instinkt); koqnitiv (inam, xəritələr, interpretasiya, qaydalar); sahəvi (mədəniyyət, ailə, şəxsi tarixçə, peşə, aktual sosial sahə).
3. Qeyd olunmuş reallıq qeyd olunmuş filtri əks etdirir (və bu dəyişdirilə bilər).
b) filtrlər bizim daxili hallarımızla müəyyən olunur:
1. İnsanın iştirakı mənalı yaxud mənasız ola bilər.
2. İnsanın mənalı iştirakı: COACH (mənlik şüuru, cari və yeni nəsə törədən) halının yaradıcı axını.
a. Centered-Mərkəzləşmiş (Центрированный)
b. Open-Açıq (Открытый)
c. Aware-Dərk edən ( Осознающий)
d. Connected-Əlaqəli (Соединённый)
e. Holding-Tutub saxlayan (Удерживающий)
3. İnsanın mənasız iştirakı: CRASH (reaktiv, tarixə əsaslanan, törətməyən) halıtərəfindən sinir-əzələ bloklaması.
a. Constricted-Daralmış (Суженное)
b. Reactive-Reaktiv (Реактивное)
c. Angry-Hirsli (Сердитое)
d. Separate-Ayrılmış (Отделённое)
e. Hurt and hurtful-Ağrılı və ağrı verən (Болезненное и приносящее боль)
4. Generativ əməkdaşlıq əsas diqqəti yüksək səviyyədə COACH halının inkişaf etdirilməsinə və dəstəklənməsinə yönəldir.
v) İnsanlar holon kimidir/Reallıq-bu, holoqramdır:
1. Holonlar – tamın/hissənin paaradoksudur. Hər bir insan tamdır, o tam orqanlardan «hazırlanıb», həmçinin böyük tamın hissəsidir.
2. Reallıq – bu, holonların qarşılıqlı təsiri vasitəsilə yaradılmış holoqramdır.
3. Törədən reallıqda:
a) Hər bir hissə (məsələn, insan) generativ halda olur.
b) Hər bir hissə digər hissələrlə/tamla rapportda olur.
v) Tam (məsələn, qrup) həmçinin generativ halda olur.
q) Kollektiv ağlın aktivləşdirilməsi üçün 6 addım:
1. COACH halı üçün «konteyner»in yaradılması.
2. Pozitiv niyyətlərin/hədəflərin qurulması.
3. Törədən (yaradıcı) halın işlənib hazırlanması.
4. Hərəkətə keçmək.
5. Maneələri/müqaviməti dönüşdürmək.
6. Davam edən (bitməyən)yaradıcılıq üçün generativ praktikanı həyata keçirmək.
R.Dilts qeyd edir ki, yüksək məhsuldarlığa malik qruplar və komandalar kollektiv düşüncə xüsusiyyəti nümayiş etdirirlər. Kollektiv düşüncənin azad olması üçün uğurun açar faktoru isə yaradıcı liderlikdir.
İkinci yanaşmaya görə, kollektiv düşüncə təfəkkürə mənfi təsir göstərir və müəyyən faktorların nəzərə alınması şərtilə, intellekt əmsalını aşağı salır və yaradıcılığı bloklayır. Ələlxüsus, bu fakt özünü qadınlarda daha kəskin göstərir.
Virginia Tech Carilion Research Institute-da əldə olunmuş nəticələr əsasən, qrupda iş bəzi adamlarda intellektual qabiliyyətləri aşağı salır. Onlara qrupdakı status mənfi təsir göstərir. R.Monteqyunun (Read Montague) rəhbərliyi altında tədqiqatçılar müəyyən etmişlər ki, problemlərin qrup şəklində müzakirəsi, münsiflər heyətinin tərkibində, iş görüşməsində və ya qeyri-formal şəritdə baş verən hansısa ziyafətdə olmasından asılı olmayaraq, bəzi həssas fərdlərin İQ səviyyəsini dəyişdirə bilər. R.Monteqyu və onun iş yoldaşları öncədən təxminən eyni yüksək İQ-yə sahib (orta hesabla 126) kişi və qadınları tədqiq etmişlər. Sınanılanları böyük olmayan qruplara paylaşdırmışlar, hansılara ki, kollektiv müzakirə yolu ilə müxtəlif problemləri həll etmək tapşırığını vermişlər. Alimlər üzə çıxarmışlar ki, sınanılanların əhəmiyyətli hissəsində kollektiv “beyni həmləsi” sonrakı testlərdə İQ-nün azalmasına gətirib çıxarır. Onların fikrincə, buna qrupun digər üzvlərindən əldə olunan sosial siqnallar təsir göstərir. Bu siqnallar qrupda qurulan ierarxik münasibətləri əks etdirir.
Nə yaş, nə də etnik mənsubiyyət nəticələrə təsir göstərmirdi. Cins haqqında eyni şeyi demək mümkün deyil. 13 qadından ancaq 3 nəfər o qrupda oldular ki, hansında kollektiv müzakirə onların xeyrinə yaradı, digər 10 nəfərin eyni şəraitdə intellektual qabiliyyətləri aşağı düşmüşdür.
Müəlliflər alınan nəticələri müzakirə edərək, qeyd edirlər ki, müasir həyatımızda mütəmadi baş verən qrup yarışması situasiyasında adamların belə şərtlərdə sadəcə öz intellektual potensiallarını ifadə edə bilməyən hissəsini itiririk.
Baxmayaraq ki, etnik amillər əsaslı rol oynamır, biz yenə də belə hesab edirik ki, bizim insanlar fərdi şəkildə yaradıcılığa daha meyllidir və fərdi olaraq daha kreativ ola bilərlər.

ƏDƏBİYYAT

1. Дилтс Р. Творческое (созидающее) лидерство и коллективный разум. М.: Центр НЛП в Образовании, 2015, 40 с.
2.https://www.infox.ru/news/9/science/human/85239-kollektiv-podavlaet-myslenie

Müəllif :

Psixologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Ümumi psixologiya kafedrasının baş müəllimi, NLP təlimçisi Məhərrəm Əliyev

Son məqalələr

Online Qeydiyyat