“Pozitiv psixoterapiyanın klinik problemlər üzərində tətbiqi” masterclassı

Dəyərli izləyicilərimiz, Sidney Universitetinin proqramı ilə tədris olunacaq 6 saatlıq 2 modulluq “Pozitiv psixoterapiyanın klinik problemlər üzərində tətbiqi” mövzusunda masterclass proqramını təqdim edirik.

Masterclass Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında baş tutacaq, qeyd olunan mövzuları əhatə edəcək:

☑️ Ümumi rifah halı ( wellbeing);
☑️ Həqiqətən xoşbəxtlik nədir? Bu istiqamətdə nələri doğru, nələri yanlış edirik?
☑️ Psixoloji problem dedikdə nəyi nəzərdə tuturuq?
☑️ Pozitiv psixi sağlamlıq nədir?
☑️Stress yaradan amillər və stressdən qorunma yolları;
☑️Tələbatlarımız nələrdir?
☑️Xoşbəxtliyin 8 addımı;
☑️Yuxu və qidalanma rejimimizin psixikamıza təsiri;
☑️Yoga, meditasiya, Tai Chi nədir və nəyə kömək edir?;
☑️Ağıl və bədəni necə harmoniyada tuta bilərik?;
☑️Münasibətlərimizdə ağılla, yoxsa bədənlə hərəkət edirik?;
☑️Rahatlama texnikaları;
☑️Güclü tərəflərimizi necə müəyyən edə bilərik?
☑️İş və sevgimiz həyat harmoniyamıza necə təsir göstərir?

Masterclass hər biri 3 saat olmaqla 2 gün, 2 modul üzrə, 17-18 Noyabr 2020 tarixlərində baş tutacaq.

Masterclass əyani tədris olunacaq.

İlk qeydiyyatdan keçən 8 nəfər iştirak edə bilər.

İştirak ödənişlidir.

İştirakçılara Sertifikat təqdim ediləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat