Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” davam edir.
Növbəti təlimlər proqram üzrə “Onlayn təlim və superviziya” mövzusunda 17.12.2020 tarixində müvafiq qruplar üzrə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi Mətanət Əliyeva, Elmi-metodiki şöbənin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zaman və klinik psixoloq Nuranə Salmanlı, Sosial Psixologiya şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilov,İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, uzman psixoloq Nəzrin Məmmədzadə və klinik psixoloq Nərmin Xəlilova tərəfindən tədris olunub.
Layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, layihə iştirakçılarına uğurlar arzu edirik.