Naliyyətlərimiz - 2021

09.01.2021 tarixində Zoom platforması üzərindən Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Müraciət edən şəxslə ilkin psixoloji dəyərləndirmə” mövzusunda vebinar baş tutdu.

18.01.2021 tarixində Zoom platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və 4 saylı poliklinikanın nevroloqu Vəfa Əzimovanın təqdimatında “Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixoloji və nevroloji aspektləri” mövzusunda növbəti maarifləndirici vebinar baş tutdu.

Yanvarın 22-də “Ali təhsil haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun videokonfrans formatında görüşü keçirildi.

23.01.2021-ci il tarixində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında tədris olunan vebinar “Proyektiv testlərin praktik psixologiyada tətbiqi” mövzusuna həsr olundu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 08.01.2021-ci il tarixində sosial izolyasiya qaydalarına əməl olunmaqla “Peşəkar Psixoloq” Təcrübə Proqramının ilk dərsi Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olundu.

16.02.2021-ci il tarixində “Klinik Psixologiya” kursunun ilk modulu Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlının təqdimatında tədris olundu.

13.02.2021-ci il tarixində məktəb psixoloqları üçün Microsoft Teams platforması üzərindən baş tutan və 2 saat davam edən vebinar.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilovanın təqdimatında keçirildi və “Yeniyetmələrlə sağlam və effektiv ünsiyyət” mövzusuna həsr olundu.

25.02.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneği arasında əməkdaşlıq memorandumu imzalandı.

Memorandumun məqsədi hər iki ölkədə psixoloji xidmət səviyyəsinin yüksəldilməsini rəhbər tutaraq birgə əməkdaşlıq çərçivəsində akademik psixologiya sahəsində konfransların, superviziya və təlimlərin keçirilməsi, ümumtəhsil müəssisələrində psixoloji xidmətin inkişafı, bu sahədə peşəkar kadr hazırlığının həyata keçirilməsi oldu.

20.02.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Zoom platformasında Məktəb Psixoloqları üçün Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən nəzəriyyə və praktikanı özündə birləşdirən 65 saatlıq təlim proqramı tədris olunmağa başladı.

01.03.2021-ci il tarixində Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən IV kurs tələbələri ilə ilk görüş baş tutdu.

03.03.2021-ci il tarixində YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin dəvəti və təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Elmi-metodik şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyevanın təqdimatında “Ailə Psixologiyası” adlı vebinar Zoom platforması üzərindən baş tutdu.

11.03.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneğinin birgə əməkdaşlıq çərçivəsində görüşü Zoom platforması üzərindən baş tutdu.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən şöbə müdirləri, mərkəz direktorları,Türk Psikolojik Danışmanlık ve Rəberlik Derneğinin Genel kurul başkanı Oğuz Ozat, dergi başkanı prof.dr.Mehmet Engin Deniz, genel sekreter Mesut Yıldırım, eğitim başkanı Mustafa Kemer və kongre başkanı Erdel Hamarta iştirak etdilər.

13.03.2021-ci il tarixində Zoom platforması üzərindən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” mövzusunda 2 saat davam edən vebinar baş tutdu.

13.03.2021-ci il tarixində məktəb psixoloqları üçün Microsoft Teams platforması üzərindən baş tutan növbəti vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında keçirildi və “Yeniyetmələrdə intihar cəhdləri” mövzusuna həsr olundu.

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin ilk görüşü 18.03.2021-ci il tarixində baş tutdu.

İlk qonağımız İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadə, mövzu isə “Yeniyetməlik dövrü: problemlər və həlli yolları” oldu.

10.04.2021-ci il tarixində Zoom platforması üzərindən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında “Rasional psixoterapiyaya giriş” mövzusunda vebinar baş tutdu.

13.04.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Fortis Academy”nin dəvəti ilə buraxılış sinif şagirdləri üçün “Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı” mövzusunda seminar tədris etdi.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi – Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalinin birgə təşkilatçılığı ilə 20 aprel 2021 – ci il tarixində Tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş “Orqan bağışı problemi və transplantasiya” mövzusunda Elmi konfrans keçirildi.

Konfransın gedişində Mərkəzi Gömrük Hospitalinin Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Dr. Mircəlal Kazımi , Türkiyənin ilk orqan nəqli koordinatoru Dr. Ata Bozoklar, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya şöbəsinin müdiri Qulam Rüstəmzadə, Psixologiya Elmi – Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışlar etdilər.

12.04.2021 tarixində sosial izolyasiya qaydalarına əməl olunmaqla “Peşəkar Psixoloq” Təcrübə Proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən 3-cü qrupla tədris olunmağa başladı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 17.04.2021 tarixində baş tutdu.

Qonaq Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərova, mövzu isə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” oldu.

20.04.2021-ci il tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva tərəfindən “Gənc yaşlı”lar ilə qrup terapiyası keçirildi.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlərə start verildi.

27.04.2021-ci il tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında 194 nömrəli tam orta məktəbin abituriyentlərinə, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında 228 nömrəli tam orta məktəbin abituriyentlərinə eyni adlı təlimlər tədris olundu.

27.04.2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində Microsoft Teams tətbiqi üzərindən hər biri 600 nəfərdən ibarət qruplar üzrə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən təlimlər tədris olunmağa başladı.

28 aprel 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramları çərçivəsində 2020-2023-cü illər üçün Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Dövlət proqramını rəhbər tutaraq “Cəmiyyətin bəlası-məişət zorakılığı” adlı maarifləndirmə xarakteri daşıyan onlayn görüş keçirildi.

15.04.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq bölməsi tərəfindən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyeva və rəssam Könül İbrahimovanın təqdimatında baş tutan 6-10 yaşlı uşaqlar üçün “Ebru ruhun qidasıdır” adlı masterclass keçirildi.

29.04.2021-ci il tarixində “Qadın, Ailə və Uşaq problemləri üzrə Dövlət Komitəsi”-nin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəvəti və təşkilatçılığı ilə həyata keçirilən “Psixoloji travmalar və onların aradan qaldırılması yolları” mövzusunda vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında Zoom platforması üzərindən tədris olunan baş tutdu.

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 01.05.2021-ci il tarixində Zoom platforması üzərindən baş tutdu.

Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, ADPU-nun doktorantı, müəllimi, psixoloq Ülviyyə Nəhmətova, mövzu isə “Problemləri həll etmə üsulumuz: qaçmaq, yoxsa üstünə getmək?” oldu.

04.05.2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində növbəti təlimlər tədris olundu.

05.05.2021-ci il tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq psixologiya bölməsi Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında yeniyetmələr üçün qrup terapiyası həyata keçirdi.

10.05.2021-ci il tarixində Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında Zoom platforması üzərindən “Sxem ( Şema ) Terapiya” adlı vebinar baş tutdu.

Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi barədə dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları və Təhsil Nazirliyinin müvafiq əmrlərinin icrası ilə bağlı Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 – 2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə 21 May 2021-ci il tarixində onlayn platformada dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlının təqdimatında tədris olunan təlimlər uğurla başa çatıb.

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin dəvəti və təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun tələbələrlə görüşü baş tutub.

Zoom platformasında həyata keçirilən görüş “Stressin idarə edilməsi” mövzusuna həsr edilib.

08.02.2021-ci il tarixində başlayan və 3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatıb.

Proqram Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olunub.

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları üçün psixososial reabilitasiya təlimi təşkil olunub.

28.05.2021-ci il tarixində Zoom platforması üzərindən “Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” mövzusunda Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və ginekoloq-endokrinoloq Gülnarə İsmayılovanın təqdimatında növbəti maarifləndirici vebinar baş tutub.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 31.05.2021-ci il tarixində sosial izolyasiya qaydalarına əməl olunmaqla “Peşəkar Psixoloq” Təcrübə Proqramının ilk dərsi Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunub.

03 iyun 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təsdiq edilmiş Dövlət Proqramında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2024-ci illər üçün Fəaliyyət Planı”nda Azərbaycan Respublikasında erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirilməsi üçün “Sağlam gələcək naminə erkən nigaha yox deyirik!” adlı onlayn dəyirmi masa keçirilib.

04.06.2021-ci il tarixində “Uşaq depressiyaları: psixoloq və nevroloq yanaşması” mövzusunda Zoom platforması üzərindən növbəti maarifləndirici vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və nevroloq Vəfa Əzimovanın təqdimatında baş tutub.

Mütəxəssislərin hər biri mövzuya öz sahəsi üzrə peşəkar yanaşma ilə çıxış etdi, daha sonra iştirakçıların suallarını cavablandırdı.

08.06.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ailə Psixologiyası Kursu Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunmağa başlayıb.

19-21.06.2021-ci il tarixlərində Zoom platforması üzərindən baş tutan və 6 saatlıq proqramı əhatə edən “Psixoterapevtik Texnikalar” workshopu Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, klinik psixoloq Nuranə Salmanlı və BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında keçirilib.

26.06.2021-ci il tarixində Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, klinik psixoloq Fəxriyyə Nəsirzadə və klinik psixoloq Alin Kobalın təqdimatında “Cinsi terapiya” adlı vebinar Zoom platforması üzərindən baş tutub.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq Psixologiyası Staj Proqramı proqramı Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunmağa başlayıb.

10-12.06.2021-ci il tarixlərində Zoom platforması üzərindən baş tutan və 6 saatlıq proqramı əhatə edən “Psixoterapevtik Texnikalar” workshopu Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, klinik psixoloq Nuranə Salmanlı və BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında keçirilib.

13.07.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı: həyəcan və stressin idarə olunması” mövzusunda vebinar Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin mütəxəssisi , psixoloq Leyla Əliyevanın təqdimatında keçirilib.

20.02.2021-ci il tarixində başlayan və 4 ay müddətində davam edən 65 saatlıq məktəb psixoloqları üçün Nəzəri və praktik Təlim Proqramı Zoom platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, Bakı Dövlət Universitetinin doktorantı və müəllimi, psixoloq Mətanət Əliyevanın və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında uğurla başa çatıb.

29.07.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyevanln təqdimatında “Burn-out (emosional yanma) sindromu ” mövzusunda vebinar Microsoft Teams platforması üzərindən baş tutub.

“Qısamüddətli Həll Mərkəzli Terapiya” Masterclassı, 6 saat müddətində, 3 gün, 3 modul üzrə, 30 İyul 02-06 Avqust tarixlərində saat 15:00-17:00 aralığında Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutub və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən aparılıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə Təhlükəsizlik sektorunda fəaliyyət göstərən FMG (Facility Management Group) şirkətində “İşçilərin məhsuldarlığının artırılması” üzrə təlimlər keçirilib.

Təlimçi Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, AMEA-nın doktorantı, psixoloq Əli Xəlilov olub. 28.07.2021-ci il tarixində “Şəxsiyyət psixotipləri” mövzusunda ilk təlim keçirilib.

Növbəti “Öyrənmə pozuntuları” mövzusunda vebinar Microsoft Teams platforması üzərindən 30.08.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Emilya Nəsibovanın təqdimatında baş tutub.

3 ay müddətində davam edən və Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında həyata keçirilən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 4” uğurla başa çatıb və iştirakçılara Sertifikatlar təqdim edilib.

12.09.2021 tarixlərində Zoom platforması üzərindən baş tutan və 2 saatlıq proqramı əhatə edən “Diqqət əskikliyi və hiperaktivlik pozuntusu(DƏHP)” workshopu Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, ADPU-nun müəllimi, psixoloq Ülviyyə Nəhmətova, Yaş və İnkişaf psixologiyası şöbəsinin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında keçirilib.

16.09.2021-ci il tarixində vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələrinə təmənnasız psixoloji dəstək göstərdiyi üçün Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssislərinə Təşəkkürnamə təqdim edilib.

17.09.2021-ci il tarixində Bakı Şəhəri Məktəb Lisey Kompleksin tədris işləri üzrə direktor müavini Aytən Sadıqovanın layihə rəhbəri olduğu “Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi” layihəsi üzrə ilk görüş baş tutub.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Nəzrin Məmmədzadə, Nərmin İsazadə, Nərmin Xəlilova, Ülviyyə Nəhmətova əməkdaşlıq çərçivəsində layihə müddətində pedaqoji heyət, şagird və valideyn qrupları ilə psixoloji iş aparıb.

Görüntülər baş tutan əks etdirir.

21-24.09.2021-ci il tarixlərində Zoom platforması üzərindən baş tutan “Psixoterapevtik Texnikalar” workshopu Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, Yaş və inkişaf psixologiyası şöbəsinin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və Layihələr, təlimlər və Korporativ Əməkdaşlıq şöbəsinin əməkdaşı, klinik psixoloq, thetahealer Nuranə Salmanlının təqdimatında həyata keçirilib.

27-28 sentyabr 2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi V Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət qeydiyyat başa çatıb.

Müdafiə Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində zabitlərə psixoloji mövzularda Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadə tərəfindən təlimlər keçirilib.

01.10.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda IV Könüllü Fəaliyyət Qrupunun Məzun Günü keçirilib.

Qeyd edək ki, məzun olan könüllülər 01.10.2019-01.10.2021-ci il tarixlərində institutumuzda könüllü fəaliyyət göstəriblər.

Məzun Günü tədbiri Könüllü Fəaliyyət Qrupunun üzvlərinin dəvəti ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Məzun günündə açılış üçün nitq Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə Heyətinin sədri, professor Bəxtiyar Əliyevə verilib. Professor Bəxtiyar Əliyev 44 günlük Vətən müharibəsində Cənab Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi şücaətdən, ötən ilin bu günü Hadrutun azad olunması tarixini vurğulayaraq bu dövrdə Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsindən bəhs edib. Daha sonra psixologiya elminin inkişaf tarixindən, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən bəhs edərək məzun könüllülərimizi təbrik edib onlara uğurlar arzu edib.

09.10.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Uşaq Mərkəzinin açılış günü həyəta keçirilib.

Açılışda Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə Heyətinin sədri, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Uşaq Mərkəzinin rəhbəri, BDU nun müəllimi, doktorant, psixoloq Mətanət Əliyeva və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər.

30.10.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva tərəfindən qrup terapiyası keçirilib.

30.10.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdimatında “Uşaqlarda qida pozuntuları” vebinarı Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Fərəcli və Can klinikasının dietoloqu Ceyhunə Yusifova tərəfindən Zoom platforması üzərindən baş tutub.

01.11.2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc xanım Rüstəmova Yıldız Teknik Universitetinin rektoru, prof. Tamer Yılmaz və Yıldız Teknik Universitetinin Eğitim Fakültəsi dekanı, prof. Mehmet Engin Denizlə görüşü baş tutub.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi qalibi olan “Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi” layihəsi çərçivəsində əməkdaş məktəblərin inzibati heyətinin I qrupu üçün təlimimiz reallaşıb. Təlimdə Bakı şəhəri 238 nömrəli, 93 nömrəli tam orta məktəb və 16 nömrəli THL müəllim heyəti iştirak edib. Təlimdə şagirdlərin psixoloji probleminin ilkin diaqnostikası, məktəb mühitində qısnama və zorakılığa məruz qalan və bullinq törədən şagirdlərin müəyyən olunması, onlarla bağlı statistikaların hazırlanması və dinamikasının tədqiqinin aparılması istiqamətində tövsiyyələr verilib.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi qalibi olan “Şagirdlərə müstəqil peşə seçiminə və karyera planlaşdırılmasına dair psixoloji dəstək üzrə “Karyera Portfoliosu” proqramı” layihəsi çərçivəsində ilk görüşümüz olub.

06.11.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi nəzdində Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Şəfəq Ələkbərova və 4 saylı Uşaq Poliklinikasının həkim allerqoloqu Səma Ağamirzəyevanın təqdimatında “Uşaqlarda allergiya; Psixoloq və allerqoloq yanaşması” vebinarı Zoom platforması üzərindən tədris olunub.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Narınc Psixologiya Mərkəzinin birgə əməkdaşlığı ilə 11.11.2021-ci il tarixində Zəfər günü ilə əlaqədar tədbir keçirilib.

Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzi bu günə qədər 250 dən çox şəhid və qazi ailəsinə psixoloji dəstək göstərib.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

Şəhid ailələrinə, qazilərə tədbir də iştirak etdiyi üçün dərin təşəkkür bildirilib.

13.11.2021-ci il tarixində institutumuzda Klinik Psixologiya Kursunun ilk modulu baş tutub.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının proqramına əsaslanaraq hazırlanıb.

“Məktəblinin dostu” layihəsi çərçivəsində 15.11.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilib.

Təlimçi Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi Metodiki və Təhsil şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Hökümə Əliyeva olub.

15.11.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Xəyalə Zalıyevanın təqdimatında Microsoft Teams platforması üzərindən “Ailədaxili konfliktlərin şagirdlərin təhsilinə təsiri” mövzusunda vebinar məktəb psixoloqları üçün maarifləndirici vebinar baş tutub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə Təhsil işçiləri üçün “Uşaq psixologiyasının əsasları” adlı ixtisasartırma təlimlərinə start verilib.

İlk təlim 26.11.2021-cil il tarixində baş tutub.

“Məktəblinin dostu” layihəsi çərçivəsində 13.12.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün artıq 2 dəfə “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilib.

Təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Səbinə Ələkbərova olub.

17.12.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda görkəmli mütəfəkkir şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır” adlı konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərində humanizm, ədalət, insanın dünyaya, insanın insana, insanın zamana münasibətini mütəfəkkirin əsərlərinə istinad edərək qeyd edib.

23.12.2021-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadiyyat və Menecment fakültəsi tələbələri üçün “Motivasiya və özünütəqdimetmə bacarıqları” adlı təlim keçirilib.

Təlimçi – Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, AMEA-nın doktorantı, psixoloq Əli Xəlilov olub.

Dekabrın 23-də “Məktəblinin dostu” layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən söz açıb, ötən 5 ildə layihənin əhatə dairəsinin daha da genişləndiyini deyib. Emin Əmrullayev çıxışının sonunda layihədə iştirak edən əməkdaşların fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra layihənin əməkdaşlarına səmərəli fəaliyyət, xüsusi təşəbbüskarlıq fəallıq və nümayiş etdirdiklərinə görə sertifikatlar təqdim olunub.

Tədbirdə eyni zamanda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da iştirak etdib.

Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olunan və 3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 5” uğurla başa çatıb.

İştirakçılara Sertifikatlar təqdim edilib, xatirə fotoları çəkilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Mənim hədəflərim yoxsa valideynlərimin arzuları” adlı təlim keçirilib.

Təlimçi – Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təlimlər, Layihələr və Korporativ Əməkdaşlıqlar şöbəsinin müdiri, uzman psixoloq Nəzrin Məmmədzadə olub.

“Karyera portfoliosu” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə MLK, 83 nömrəli məktəb-lisey və 238 nömrəli məktəbin 9-cu sinif şagirdləri iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə Təhsil işçiləri üçün “Uşaq psixologiyasının əsasları” adlı ixtisasartırma təlimlərinə start verilib.

İlk təlim 26.11.2021-ci il tarixində baş tutub.

Online Qeydiyyat