Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir.
Növbəti vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilovanın təqdimatında tədris olunacaq.
“Yeniyetmələrdə sağlam və effektiv ünsiyyət” mövzusunda vebinar 13.02.2021 tarixində saat 12:00-da Microsoft Teams platforması üzərindən həyata keçiriləcək.
Vebinarda yalnız məktəb psixoloqları iştirak edə bilər. İştirak ödənişsizdir.
İştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz mütləqdir!
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)