“Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” vebinarı

Dəyərli izləyicilərimiz, həftəmizi yeni bilik və bol informasiyalarla zəngin daha bir vebinarla başa vurduq.

Belə ki, 13.03.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” mövzusunda vebinar baş tutdu.

Zoom platforması üzərindən tədris olunan və 2 saat davam edən vebinarda Nərmin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları nəzəri və praktik aspektdən çatdırdı.

Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı, təlim materialları və Sertifikat iştirakçıların elektron poçtuna göndərildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşımız Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara növbəti vebinarlarımızda görüşmək ümidilə uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat