Davranış psixoterapiyası müraciət edən şəxsin şəxsi konflikt təcrübələriylə maraqlanmadan birbaşa müşahidə olunan simptomların aradan qaldırılmasına yönəlmiş, açıq davranışa yönəlmiş terapiya metodudur. Bihevioral terapevtin müalicədəki hədəfi sadə və konkretdir: adaptasiyasız vərdiş və ya davranışı neytrallaşdırır, yeni adaptiv, təşviş yaratmayan davranış şəkilləri formalaşdırır.
Psixodinamik terapiyalardan fərqli olaraq, davranışçı psixoterapiya, uyğunlaşmamış davranışın səbəbi ola biləcək şüursuz motivasiyaların üzə çıxarılmasına və ya həyata keçirilməsinə yönəlmir. Başqa sözlə, davranış terapevtləri müraciət edən şəxsin niyə belə davrandıqlarını öyrənməyə çalışmırlar, sadəcə davranışlarını dəyişdirməyi öyrədirlər.
❗Hər kəsə bərabər yanaşma, etik dəyərlər və məxfilik işimizdə əsas prinsiplərdir. Müraciət edənlər haqqında məlumat heç bir şəxs və ya qurumla paylaşılmır.