Fərdi seans daxili dissonanslara və neqativ emosional vəziyyətlərə gətirən, insan həyatında depressiyaya və ya bacarıqlarının itkisinə şərait yaradan və həyatı hiss etməyə ahəngdar şəkildə kömək edən səbəb-nəticə əlaqələrini anlamaq imkanı yaradır. Müraciət edən şəxsə həyatında müəyən dəyişikliklər yaratmağa, müsbət istiqamətə dəyişməyə stimul verir.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi olaraq aşağıdakı narahatlıqlar üzrə Fərdi psixoloji konsultasiya xidmətlərini təklif edirik:
Depressiya;
Təşvişli nevrotik pozuntular;
Panik pozuntu;
Stress;
Posttravmatik stress pozuntusu;
Obsessiv-kompulsiv pozuntu;
Parafiliyalar, cinsi meyil pozuntuları;
Yuxu pozuntuları;
Qidalanma pozuntuları (anoreksiya, bulimiya);
Şəxsiyyət pozuntuları;
Ünsiyyət problemləri;
Özgüvən problemi;
Asılılıq (alkoqol, internet, oyun);
Qorxu və fobiyalar;
İtki, yas və travmalar;
İmpulsiv pozuntular (kleptomaniya, trixotillomaniya).
Hər kəsə bərabər yanaşma, etik dəyərlər və məxfilik işimizdə əsas prinsiplərdir. Müraciət edənlər haqqında məlumat heç bir şəxs və ya qurumla paylaşılmır.