15.04.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq bölməsi tərəfindən 6-10 yaşlı uşaqlar üçün “Ebru ruhun qidasıdır” adlı masterclass keçirildi.
Ebru – suda rəsm sənətidir. Məhz bu qədim texnika su üzərində çəkilmiş fərqli və qeydi-adi rəsmləri kağıza köçürməyə imkan verir.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyeva və rəssam Könül İbrahimovanın təqdimatında baş tutan masterclassda uşaqlar bu ecazkar rəsm texnikası ilə tanış olaraq estetik zövqlərini inkişaf etdirdilər.
Masterclass balacaların qəlbindəki sevinc, üzündəki təbəssüm və valideynlərin məmnuniyyətilə sona çatdı.