Dəyərli izləyicilərimiz, 20.04.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində “Gənc yaşlı”lar ilə qrup terapiyası keçirildi.
Yaşlılara mənəvi, psixoloji dəstək olmaq dövrün ən aktual məsələlərindən biridir. Mərkəzimizdə qrup terapiyasının keçirilməsində məqsəd də məhz yaşlı insanların aqressivlik dərəcəsinin aşağı salınması, yaşlılar arasında pozitiv atmosfer yaradaraq onların psixoloji sağlamlığını təmin etməkdir.
Qrup terapiyası Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva tərəfindən aparıldı. Keçirilən meditasiya çalışmaları, relaksasiya məşğələləri iştirakçılar tərəfindən maraqla qarşılandı, onlarda məmnuniyyət hissi yaratdı. Uğurla aparılan qrup terapiyası üçün Hökümə xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik.
Qrup terapiyalarında siz də iştirak etmək istəyirsinizsə, ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz: 070 268 27 08 (mobil what’s App)