“Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlərə start verildi.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlərə start verildi.

27.04.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında 194 nömrəli tam orta məktəbin abituriyentlərinə, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında 228 nömrəli tam orta məktəbin abituriyentlərinə eyniadlı təlimlər tədris olunmuşdur.

Təlimlərin keçirilməsində məqsəd abituriyentlərdə stress və imtahan həyəcanının idarə olunması, özünəinam və motivasiyanın yüksəldilməsidir.

Uğurla tədris olunan təlimlər üçün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, abituriyentlərə uğurlar və müvəffəqiyyətlər arzu edirik!

Son məqalələr

Online Qeydiyyat