27.04.2021 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində təlimlər tədris olunmağa başladı.
Təlimlər Microsoft Teams tətbiqi üzərindən hər biri 600 nəfərdən ibarət qruplar üzrə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları: Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva, İnkişaf və Yaş Psixologiya şöbəsinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, uzman psixoloq Nəzrin Məmmədzadə, klinik psixoloq Nərmin Xəlilova, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, klinik psixoloq Mələk Allahverdiyeva və klinik psixoloq Nuranə Salmanlı tərəfindən tədris olundu.
Proqram üzrə ilk təlimlər “Məktəbdə psixoloji xidmət sistemi: məqsədi və prinsipləri, xidmət sahələri, psixoloji xidmətin növləri, psixo-sosial dəstək və kriz anında müdaxilə” və “Xüsusi təhsil” mövzuları üzrə tədris olundu.
Uğurla tədris olunan təlimlər üçün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, layihə iştirakçılarına uğurlar arzu edirik!