Dəyərli izləyicilərimiz, sizinlə sevindirici bir xəbəri paylaşmaq istəyirik. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bakı filialının Ümumi Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ülviyyə Əfəndiyevanın həmmüəllif olduqları “Ailə və Gender Psixologiyası” dərs vəsaiti işıq üzü görmüşdür.
Vəsaitdə gender psixologiyasının formalaşması, Azərbaycan ictimai fikir tarixində gender problemi, ailənin funksiyaları, ailədə ər-arvad münasibətlərinin formalaşmasının psixoloji mexanizmləri, psixoanalitik nəzəriyyələrdə gender məsələləri kimi aktual mövzular öz əksini tapır.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dəyərli müəlliflər: Nurəli Çələbiyevi və Ülviyyə Əfəndiyevanı təbrik edir və inanırıq ki, müasir psixologiyanın əsas və aktual problemlərini əhatə edən “Ailə və gender psixologiyası” kitabı oxucuların bu sahədə nəzəri və praktik biliklərinin daha da genişləndirilməsinə imkan verəcəkdir.