Dəyərli izləyicilərimiz, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq psixologiya bölməsi yeniyetmələr üçün qrup terapiyasını təqdim edir.
Qrup terapiyası Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva tərəfindən həyata keçiriləcək.
Qrup terapiyasında tətbiq olunacaq psixoterapevtik texnikalar yeniyetmələrdə özgüvənin formalaşmasına və artırılmasına yönələcək, imtahan həyəcanının idarə olunmasına birbaşa təsir göstərəcək.
Qrup terapiyası 05.05.2021 tarixində saat 10:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək.
İştirakçı sayı 8-10 nəfər təşkil edəcək.
Qrup terapiyasında iştirak ödənişlidir.
Öncədən qeydiyyat mütləqdir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)