Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi barədə dəyirmi masa keçirilib.

Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi barədə dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları və Təhsil Nazirliyinin müvafiq əmrlərinin icrası ilə bağlı Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 – 2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə 21 May 2021-ci il tarixində onlayn platformada dəyirmi masa keçirilib.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə təşkil edilən təlimin əsas məqsədi vətəndaşların uşaq nikahlarının qarşısının alınması ilə bağlı maarifləndirilməsini genişləndirmək, onların gənc qızlarının hüquqlarının qorumasında, təhsillərindən geri qalmamasında, savadsızlıq, xəstəliklər, ana və körpə ölümü, məişət zorakılığı, insan hüquqlarının pozulmasının qarşısının alınmasında fəal iştiraklarını ümumtəhsil və məktəbdənkənar təhsil müəssilərinin və valideynin komitesinin əməkdaşlarinin məsələyə diqqətin cəlb edilməsidir.

Onlayn təlimdə açılış sözü ilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə mövzunun aktuallığını və vacibliyini vurğulayaraq, gələcəkdə bu mövzuda silsilə tədbir və təlimlərin davamlı şəkildə keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İnsan Hüqüqlarının müdafiəsi şöbəsi Uşaq hüqüqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin məsləhətçisi Elnarə Əliyeva və müstəgil ekspert həkim-ginekoloq Nigar Əhmədova tərəfindən aktiv müzakirələr aparılıb.

Onlayn təlimdə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən 50-yə yaxın Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları və metodistləri, Bakı şəhəri üzrə 10 ümumtəhsil məktəblərinin direktorları və valideyn komitəsinin sədrləri iştirak edib.

Son məqalələr

Online Qeydiyyat