Açar sözlər: mənəviyyat, cinsi tərbiyə, cinsi fərqlər, cinsi tərbiyə modeli, cinsi dərketmə
Müasir dövrümüzdə cəmiyyətimizdə mövcud olan aktual problemlərdən biri də məktəblilərin cinsi tərbiyəsinin təşkili məsələsidir. Cinsi tərbiyənin aparılması məsələsində qarşıya çıxan çətinliklərin ən başında o dayanır ki, uzun illər ərzində və indiki dövrün özündə belə bu məsələ haqqında danışmaq, müzakirə etmək “qadağan” idi. Cəmiyyətdə və ailələrdə belə bir fikir formalaşıb ki, uşaqları bu məlumatlardan uzaq tutmaq onların saf və təmiz böyüməsinə əsasdır. Ancaq internet və kommunikasiyanın artan dövründə, üstəlik də uşaqlarda gedən akselerasiya, cinsi yetişkənlik dövrünün erkən başlaması,dünyaya çıxışın asan olması və informasiya axınının çoxluğu, cəmiyyətin tabuları, valideynlərin bu məsələnin izahından qaçması, məktəblərdə cinsi tərbiyə ilə məşğul olacaq mütəxəssislərin olmaması uşaqları yalnış məlumatlara yönəlməyə və yalnış davranışlara vadar edir. Məhz bu səbəbdən də cinsi tərbiyə probleminin öyrənilməsi və təşkili bugün ailə və məktəblərin qarşısında duran əsas vəzifələrdəndir [1, səh.13].
Bəs cinsi tərbiyənin mahiyyəti nədən ibarətdir? Bu məsələni aydınlaşdıraq. Cinsi tərbiyə insanın əks cinsi nümayəndəsinə münasibətdə şəxsiyyətdə cəmiyyət üçün faydalı olan ustanovkaların müəyyən edilməsi, eyni zamanda buna müvafiq xassə və xüsusiyyətlərin formalaşmasına istiqamətlənmiş bir prosesdir. Cinsi tərbiyə sferasına təkcə qadın və kişi arasında olan spesifik münasibətləri deyil, eyni zamanda ictimai həyatda, əmək, istirahət və s. sahədə əks cinslə istənilən qarşılıqlı münasibətləri aid edə bilərik. Cinsi tərbiyə nəinki yetkin şəxslərin əxlaqi davranışı ehtiva edir, o həmçinin cinsi münasibətlərdə düzgün tərbiyə edilməli olan uşaqların əxlaqi-mənəvi davranışını da özündə birləşdirir [2, səh.11].
Cinsi tərbiyə uşağın sonrakı inkişafı üçün böyük əhəmiyyətə malikdir. Məhz valideynlərin uşaqlara aşılaya bildiyi ustanovkalardan onun gələcək ailə həyatı, nikaha, əks cinsə münasibəti və seksual münasibətlərdə davranışı müəyyən olunur. Çox təəssüf ki, valideynlərin böyük əksəriyyəti və eyni zamanda təlim-tərbiyə müəssisələri çox zaman bu məsələ ilə bağlı ya az məlumat verir, ya da ki ümumiyyətlə informasiya vermir. Buradan da anlaşılmazlıq, inamsızlıq yaranmağa başlayır. Onlar anlamır ki, uşaqlara oğlanlar və qızlar arasında fərqləri izah etmək, əgər sual verilirsə uşaqların dünyaya gəlməsini onların yaşın uyğun aydınlaşdırmaq vacibdir [3, səh. 23]. Nə üçün psixoloq və pedaqoqlarda cinsi fərqlər haqqında dərin biliklərin olması lazımdır? Bu biliklər hər şeydən əvvəl formalaşma və özünütənzimləmə mərhələlərində çox vacibdir. Davranı- şın özünütənzimlənməsi və özünənəzarət “fərddə özü haqqında müəyyən informasiyaların toplanması”nı ehtiva edir. Özü haqqında informasiyanın, biliklərin olması o deməkdir ki, insan özünün müəyyən bir cinsə aid olduğunu bilir, başqa cinsi nümayəndələri haqqında təsəvvürlərə malik olur. Deməli, cinsi fərqlər haqqında biliklə- rin olması insana davranışını tənzimləmək üçün böyük kömək göstərir. Özünün psixi xassələri, mənəvi keyfiyyətləri haqqında təsəvvürlərlə yanaşı bədəni haqqında, onun quruluşu və bu quruluşun səbəbləri haqqında tə- səvvürlər “Mən sistemin” komponentini təşkil edir.
Yuxarıda sadalanan fikirlər bizə belə bir nəticəyə gəlmək imkanı verir ki, cinsi tərbiyə şəxsiyyətin inkişafı üçün vacibdir, çünki “cins” anlayışı təkcə bioloji deyil, həm də fizioloji və sosial anlayışdır [5, səh. 134].
Cinsi tərbiyənin məqsəd və vəzifələri tamamilə cəmiyyətin maraqları ilə müəyyən olunur. Insanın şəxsi həyat sferasında cəmiyyətdən kənarda olmalıdır fikri yalnış hesab olunur.
Çünki individual səviyyədə hər bir insanın xarakteri onun aid olduğu cəmiyyətin xüsusiyyətini ifadə edir. Bu səbəbdən də ictimai həyatda özünü ifadə edə bilməmiş, tapmamış insan özünü ailədə, şəxsi həyatında kifayət qədər uğurla ifadə edə bilmir [2, səh. 46].
Cinsi dərketmə insanın özünün mənsub olduğu cinsin yaşantılarını və motivasiyasını formalaşdıran biliklərin, şəxsi məna və biliklərin sistemidir. Cinsi tərbiyənin əsas vəzifələrinə aiddir:
- gənclərin şüurlu şəkildə öz tələbatlarını formalaşdırmasına köməklik;
- cinsi ünsiyyət mədəniyyətinin öyrədilməsinin sistemləşdirilməsi;
- gələcək ailəyə, uşağın doğulmasına münasibətdə düzgün ustanovkanın
- formalaşması.
Bundan başqa, psixoloq və pedaqoqların əsas vəzifəsi uşaqların tərbiyəsində cinsi fərqlərin nəzərə alınmasının vacibliyidir. Cinsi tərbiyənin məzmununu uşağı əhatə edən həyat, müxtəlif cinsə malik insanlar arasındakı qarşılıqlı münasibətlər, bu münasibətlərin normaları, insanların ailədə, fəaliyyət sferasında olan şəxsi həyatı təşkil edir. Bundan başqa cinsi tərbiyənin məzmununa tərbiyəçinin qarşıya qoyulmuş vəzifələri həll etməsinə imkan verən xüsusi bacarıq və biliklər sistemini də aid edirik. Bu biliklərə aşağıdakılar aiddir:
- Cinsi tərbiyə sisteminin mahiyyəti, spesifikası haqqında biliklər. Cinsi tərbiyənin psixopedaqoji sisteminin mahiyyəti onun bütün komponentləri arasında qarşılıqlı əlaqənin qurulması, metod və formalarının istifadəsindən ibarətdir.
- uşaqların yaş inkişafının spesifikliyi və oğlan və qızların cinsi sosializasiyası haqqında biliklər
- cinsi tərbiyənin prinsipləri haqqında biliklər [6, səh. 51].
Cinsi tərbiyənin məzmununu özünün fizioloji və psixoloji xüsusiyyətlərini dərk etmək və yaşamağa qabil olan sağlam və bütöv şəxsiyyəti tərbiyə etmək təşkil edir. Cəmiyyətdə mövcud olan sosial və əxlaqi normalara müvafiq olaraq və bunun sayəsində insanlar həyatının bütün sferalarında öz cinsinin və əks cinsin nümayəndələri ilə optimal münasibət qurur. Bu prosesin bir çox tərəfi ümumi problemlərin və psixoseksual differensiasiyanın yaş-cins xüsusiyyətlərinin şərhi gedişatında nəzərdən keçirilir.
M.Kozakeviç cinsi tərbiyənin üç modelini ayırd edir. Bunları aşağıdakı cədvəldə nəzərdən keçirək.
Cəmiyyətin bu və ya digər bir modeli qəbul etməsi faktı o demək deyil ki, cəmiyyətdə mövcud olan bütün qruplar və ayrı-ayrı insanlar bu modellə razılaşırlar. Bu heç də sadə olmayan mənəvi-etik problemlərin yaranmasına səbəb olur. İnsanlar uşaqlarının cinsi tərbiyənin mövcud sisteminə daxil olmasını istəməyə də bilərlər və bu onların haqqıdır. Bu səbəbdən də hər bir insan öz uşağının cinsi tərbiyəsində özlərinə uyğun yolu seçməsində sərbəstdirlər. Cinsi tərbiyənin vəzifələrindən çıxış edərək onun bir neçə istiqamətini
ayırd etmək olar:
- Psixoloji kişilik və qadınlığın formalaşmasına və qadın və kişilər arasında optimal kommunikativ ustanovkaların formalaşmasına yardım edən rol-cins tərbiyəsi.
- Psixoseksual mədəniyyət və əxlaqi tələblər kontekstində seksual- erotik oriyentasiyanın formalaşması və seksual dərketməyə istiqamətlənmiş seksual tərbiyə.
- Ər-arvad rollarının formalaşması və qarşılıqlı məsul partnyorluq ustanovkalarının işlənib hazırlanmasına istiqamətlənmə.
- Məsul valideynliyə hazırlıq; uşaqlara münasibətdə analıq və atalıq rol davranışının formalaşması və optimal reproduktiv ustanovkaların işlənib hazırlanmasını ehtiva edir.
Nəticə:
Beləliklə, qeyd etməliyik ki, məktəblilərin cinsi tərbiyəsi ilə bağlı problemlər günümüzdə aktual olsa belə, cəmiyyətimizdə cinsi tərbiyə probleminə yanaşma birmənalı deyil. Bu səbəbdən də bu problemin araşdırılması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi mütləqdir.
Ədəbiyyat:
- Əlizadə Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. 1986.
- Адлер А. Воспитание детей. Взаимодействие полов / Пер. с англ. А.А.Валеевой. (The Education of Children. Gateway Editions, Ltd. South Bend Indiana, 1978). Ростов н/Д: изд-во «Феникс», 1998. – 448 с.
- Azərbaycan Respublikası üzrə Minilliyin İnkişaf Məqsədlərinin gös- təriciləri// http://www.stat.gov.az/
- Добрович А.Б. Беседы о половом воспитании. / А.Б.Добрович.
– М.: Знание. 1982. – 189 с.
- Каган В.Е. Воспитателю о сек- сологии. / В.Е.Каган.– М.: Педаго- гика. 1991. – 256 с.
- Малахов Б.Б. Половое воспи- тание подростка. Пособие для учи- теля. / Б.Б.Малахов – Л.: Знание. 1981. – 176 с.
- Орлов Ю.М. Половое развитие
Müəlliflər :
Psixologiya üzrə fəlsəfə doktoru, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Müşviq Mustafayev
BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının magistrantı Ülkər Qüdrətli