Psixologiya Elmi-Tədqiqat İnstitutu çoxsaylı müraciətləri nəzərə alaraq artıq beşinci dəfə Könüllü Fəaliyyət Proqramı üzrə qəbul elan edir.
Könüllü Fəaliyyət Proqramına qəbul olmaq üçün namizədə verilən tələblər bunlardır:
✅ Psixologiya ixtisası üzrə ali təhsil;
✅ Kompyuter bacarıqları;
✅ Azərbaycan dilində səlis danışıq;
✅ Xarici dil biliyi;
✅ Yaş məhdudiyyəti: 18-25 yaş.
Qəbul 2 mərhələdən ibarətdir:
1. Online qeydiyyat;
2. Müsahibə.
Online qeydiyyat üçün CV lərinizi [email protected] ünvanına göndərin.
Qeydiyyat bitdikdən sonra müsahibə mərhələsi baş tutacaq, müsahibədən uğurla keçənlər Könüllü Fəaliyyət Proqramına qəbul olacaqlar.
Könüllü Fəaliyyət Proqramı 6 ay müddətində ( 01.10.2021 – 01.03.2022) davam edəcək və 6 ayın sonunda hər bir könüllüyə Könüllü Fəaliyyət Proqramı ilə bağlı institutun rəsmi sənədi təqdim ediləcək.
Son müraciət tarixi: 25.09.2021
Bizimlə əlaqə: 070 268 27 08 ( mob/what’s App)