“Psixoterapevtik Texnikalar” workshopu

Görüntülər Zoom platforması üzərindən baş tutan “Psixoterapevtik Texnikalar” workshopunu əks etdirir.

21.09.2021, 24.09.2021 tarixlərində baş tutan workshop Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, Yaş və inkişaf psixologiyası şöbəsinin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və Layihələr, təlimlər və Korporativ Əməkdaşlıq şöbəsinin əməkdaşı, klinik psixoloq, thetahealer Nuranə Salmanlı təqdimatında həyata keçirilmişdir.

Mütəxəssislər iştirakçılara proqram üzrə psixoterapiyada istifadə olunan 20 müxtəlif texnika haqqında geniş informasiya verdi, həmin texnikaların praktikada tətbiqini öyrətdi, daha sonra isə onların suallarını cavablandırdılar.

İnteraktiv keçən workshop iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mələk xanım və Nuranə xanıma öz dəyərli zamanlarından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları üçün təşəkkürümüzü bildirir, iştirakçılara növbəti təlim və vebinarlarımızda görüşmək ümidi ilə uğurlar arzu edirik!

#workshop#təlim#psixoterapiya#psixoterapevtikmetodlar#psixologiyaelmitədqiqatinstitutu

Son məqalələr

Online Qeydiyyat