Dəyərli izləyicilərimiz, 27-28 sentyabr 2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi V Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət qeydiyyat başa çatdı.
Qeydiyyatdan keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı.
Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru , psixoloq Nərmin Quliyeva, Layihələr Təlimlər və Korporativ Əməkdaşlıqlar şöbəsinin müdiri, psixoloq Nərmin İsazədə , Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları, Ayşən Qəribova və Nigar Əsgərova iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas istiqamətlərilə bağlı suallar ünvanlamışlar.
Müsahibə əsasında bu həftə sonuna qədər Könüllü Fəaliyyət Proqramının üzvləri təyin olunacaq və bu haqda əməkdaşlarımız tərəfindən namizədlərə məlumat veriləcəkdir. Hər birinizə uğurlar arzu edirik!