Psixo-help – “Pandemiya dövründən sonra şagirdlərin məktəbə adaptasiyası”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 15.10.2021 tarixində baş tutdu.

Qonağımız, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsil və Elmi-metodiki şöbənin müdiri, Psixologiya Fəlsəfə Elmlər doktoru, dosent Hökümə Əliyeva, mövzu isə “Pandemiya dövründən sonra şagirdlərin məktəbə adaptasiyası” oldu.

Zoom platforması üzərindən tədris olunan vebinarda Hökümə xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

#vebinar#psixohelp#psixolojiyardım#psixologiyaelmitədqiqatinstitutu#psixolojixidmətvəreabilitasiyamərkəzi

Son məqalələr

Online Qeydiyyat