İş həyatında uğurlu olmağın ən vacib addımı olan karyera planlaşdırması, təhsillərini başa vuran və gələcəyə dair narahatlıqları olan şəxslərin hədəflərinə çatmalarını asanlaşdıran bir xəritədir. Bu gün yeniyetmələr öz gələcək həyatının xəritəsini çıza bilirmi? Bu suala çavab tapmaq, bu yolda onlara dəstək olmaq üçün yeni bir layihəyə start verdik . Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi qalibi olan “Şagirdlərə müstəqil peşə seçiminə və karyera planlaşdırılmasına dair psixoloji dəstək üzrə “Karyera Portfoliosu” proqramı” layihəsi çərçivəsində ilk görüşümüz oldu. Əməkdaş məktəb rəhbərlərinə icra istiqamətində verdikləri tövsiyyələr üçün təşəkkür edirik.