Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu “Qısamüddətli Həll Mərkəzli Terapiya” mövzusunda 6 saatlıq masterclassı təqdim edir!
Qısamüddətli həll mərkəzli terapiya müasir dövrdə tətbiq olunan və xüsusi effektivliyi ilə seçilən terapiya üsullarından biridir.
Əgər siz də müraciət edənlərlə psixoloji iş zamanı vaxt məhdudiyyətinə baxmayaraq gözəl nəticələr əldə etmək istəyirsinizsə, bu masterclass məhz sizin üçündür.
Masterclass Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən aparılacaq.
Masterclass 6 saat müddətində, 3 gün, 3 modul üzrə, 15-19-22 Noyabr tarixlərində saat 16:00-18:00 aralığında Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.
Masterclass ödənişlidir!
İştirak edən hər kəsə Sertifikat təqdim ediləcək!
Öncədən qeydiyyat mütləqdir!
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)