“Məktəblinin dostu” layihəsi çərçivəsində 15.11.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdir.
Təlimçi Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi Metodiki və Təhsil şöbəsinin müdiri, Psixologiya üzrə fəlsəfə doktoru Hökümə Əliyeva olmuşdur.
Təlimlərdə 1 ay müddətində 50 məktəb psixoloqunun iştirak etməsi planlaşdırılmışdır.
Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.