27.12.2021 tarixində institutumuzda V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.
Təlim “Vaginizm” mövzusuna həsr olundu və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nuranə Bağırovanın təqdimatında baş tutdu.
Nuranə xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.
Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Nuranə xanıma dərin təşəkkürümüzü bildirir, V Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.