Müasir cəmiyyətdə virtual düşüncənin ailənin sosial-psixoloji mühitinə təsiri

Açar sözlər: müasir cəmiyyət, ailə, informasiya, internet, virtualdüşüncə

Bəşəriyyət artıq öz inkişafının yeni – informasiya mərhələsi nə daxil olub və biz informasiya cəmiy yətində yaşayıb-yaradırıq. Bu gün müasir cəmiyyəti kütləvi informasiya vasitələri olmadan təsəvvür etmək mümkün deyil. Müasir cəmiyyət dedikdə biz İKT-nin (İnformasiya Kommunikasiya Texnologiyaları) inkişaf etdiyi, demokratik cəmiyyət başa düşürük. Qloballaşan dünyada İnforma siya Kommunikasiya Texnologiyalarının təsir dairəsi çoxşaxəlidir –dövlət strukturları, elm və təhsil, mədəniyyət, səhiyyə, iqtisadi və sosial sahələr, bütövlükdə cəmiyyətin bütün
sahələri nəzərə alınır. Beləliklə, informasiyanın kütləvi istehsalı, cəmiyyətin müxtəlif sahələrinin kompüterləşdirilməsi və şəbəkələrin yaradılması informasiya cəmiyyətinin nailiyyətidir.

Məlumdur ki, İKT-nin inkişaf etdiyi və yayıldığı cəmiyyətlər dünyanın qabaqcıl və müasir cəmiyyətləri kimi qəbul olunur. Bu gün İKT-nin inkişafı, davamlı təkrar istehsalı, informa siyanın sərbəst və qeyri-məhdud şəkildə ötürülməsi, cəmiyyətin elmi, texnoloji, sosial baxımdan tərəqqisi bir çox ekoloji və demoqrafik problemlərin həlli üçün vacib əhəmiyyət kəsb
edir. İnsanlar informasiya sayəsində dünyada baş verən hadisələrdən, yeniliklərdən, düşündürən bilik və məlumatları əldə edir ki, bu da onların dünyagörüşü, ünsiyyət dairəsinin genişlənməsinə və mənəvi dünyasının zənginləşməsinə əhəmiyyətli dərəcədə təsir edir. KİV (TV, radio, mətbuat, internet) geniş auditoriyaya malik oldu ğundan əldə edilən informasiya müasir ictimai şüurun, ictimai rəyin və sosial normaların yaranmasında və formalaşmasında mühüm rol oynayır. Bundan başqa KİV-dən istifadə etməklə cəmiyyətdə istənilən ictimai rəyi yaratmaq, virtual düşüncəni formalaşdırmaq, onları məqsədyönlü şəkildə manipulyasiya etmək və cəmiyyətin bütün ictimai və mədəni həyatını dəyişdirmək mümkündür. Bu da öz növbəsində müasir insan-cəmiyyət qarşılıqlı münasibətinin ahəngdarlığına təsir göstərir. Müasir insan– hər bir sosial əhəmiyyətli situasiyada məsul qərar qəbul etməyə istiqamətlənmiş azad fəaliyyət subyektidir [1,s. 78].
KİV-in müasir ailələrə və bütövlük də cəmiyyətə gətirdiyi müsbət dəyişikliklərlə, yanaşı, mənfi təsirlərinin də real həyatımızda mövcud olduğunu inkar etmək mümkün deyil. Neqativ halların qarşısını almaq, yaranmış vəziyyətdən çıxış yolları tapmaq bu gün vacib məsələlərdən biridir. Son illərdə istər yerli, istərsə də əcnəbi mütəxəssislər öz işlərində bu problemə kifayət qədər diqqət ayırmışlar:

  1. Məmmədova G. “Kütləvi İnformasiya Vasitələri gender probleminə təsir edən əsas amillərdən biri kimi” adlı məqaləsində müasir dövrdə KİV– TV, radio, mətbuat, internetin cəmiyyətin və mədəniyyətin formalaşmasın da, gender bərabərliyinin təmin olunmasında rolunu geniş təhlil etmişdir [8, s. 51–58].
  2. Güleç V. “Aile ilişkilerinin sosyal medyayla birlikte çöküşü” adlı məqalə sində internet, həmçinin sosial şəbəkədən istifadənin ailədaxili münasibət lərə mənfi təsir göstərməsi, ailədə ya ratdığı problemləri təhlil etmişdir [6, s. 105–120].
  3. Dikmen M., Tuncer M. “İnternet bağımlılığının aile ilişkilerine etkisi” adlı məqalədə fərdin internet asılılığının ailədaxili münasibətlərə təsirini sosioloji tədqiqatlar vasitəsilə əldə etdikləri məlumatlar əsasında təhlil etmişlər [7, s.34–52].
  4. Detoçenko L.S. “Функции средств массовой информации для молодежной аудитории: по материалам социолотического исследования” adlı məqaləsində gənc auditoriyalarda Kütləvi İnformasiya Vasitələrinin aşkar və gizli funksiyaları, onlara müsbət və mənfi təsirini sosioloji tədqiqatlar əsasında təhlil etmişdir [9,s. 35–43].
  5. Boyko E.İ. “Современные СМИ в сети интернет и их влияние на мировую культуру”adlı məqalə sində cəmiyyətin müxtəlif sahələrinə KİV, xüsusilə internet vasitəsilə məlumatların ötürülməsi, elektron jurnalistika, internet resurslarından istifadə imkanları və insanların həyatın da rolunu müqayisəli şəkildə təhlil etmişdir [10,s. 163–169].

Müasir cəmiyyət özündə 4 əsas institut birləşdirir: rəqabətli demokratiya, bazar iqtisadiyyatı, dövlətin ümumi rifahı və kütləvi kommunikasiya [4, s. 7).
Kütləvi kommunikasiyanın fəaliyyəti bir neçə başlıca şərti yerinə yetirdikdə mümkündür:

  1. Müəyyən ümumi dəyərlilik oriyentasiyasına malik kütləvi auditoriyanın mövcud olması;
  2. İnformasiyanın sosial mənalılığı– kütləvi kommunikasiya şəxsiyyətigeniş sosial mühitlə münasibətlərə girmək imkanı ilə təmin edir. Əgər informasiya kütləvi auditoriyanın sosial gözləmlərinə uyğundursa, onda bu informasiya kütləvi auditoriya üçün “maraqlıdır”;
  3. Kütləvi kommunikasiyaların fəaliyyət göstərməsi prosesini təmin edən müvafiq vasitələrin mövcud olması.
  4. Kommunikasiyanın çoxkanallılığı, artıq son illərdə interaktiv televiziya və radio imkanlarının artması və internet şəbəkəsinin genişlənməsi ilə kütləvi kommunikasiya qarşılıqlı surətdə istiqamətləndirilmiş şəkildədir [2, s. 326 ]
    Müasir cəmiyyət Kütləvi İnformasiya Vasitələrinin müxtəlif növlərindən – TV, radio, mətbuat kimi kütləvi infomasiya vasitələri ilə yanaşı, son illərdə geniş yayılmış və artıq bir çox ölkələrdə KİV kimi qəbul edilmiş internet vasitəsilə də çoxsaylı məlumatlar əldə etmək imkanına malikdir. İnternet vasitələrinə WWW (World Wide Web) saytlar, chat (iki və daha çox istifadəçi arasında yazılı, yaxud sözlü dialoq), e-mail (elektron poçt), Usenet (telekonfranslar və ya “xəbər qrupları”), sosial şəbəkələr aiddir [3. s. 22].

Müəyyən ümumi dəyərlilik oriyentasiyasına malik kütləvi auditoriyanın mövcud olması;İnformasiyanın sosial mənalılığı– kütləvi kommunikasiya şəxsiyyətigeniş sosial mühitlə münasibətlərə girmək imkanı ilə təmin edir. Əgər informasiya kütləvi auditoriyanın sosial gözləmlərinə uyğundursa, onda bu informasiya kütləvi auditoriya üçün “maraqlıdır”;Kütləvi kommunikasiyaların fəaliyyət göstərməsi prosesini təmin edən müvafiq vasitələrin mövcud olması.Kommunikasiyanın çoxkanallılığı, artıq son illərdə interaktiv televiziya və radio imkanlarının artması və internet şəbəkəsinin genişlənməsi ilə kütləvi kommunikasiya qarşılıqlı surətdə istiqamətləndirilmiş şəkildədir [2, s. 326 ]

Müasir cəmiyyət Kütləvi İnformasiya Vasitələrinin müxtəlif növlərindən – TV, radio, mətbuat kimi kütləvi infomasiya vasitələri ilə yanaşı, son illərdə geniş yayılmış və artıq bir çox ölkələrdə KİV kimi qəbul edilmiş internet vasitəsilə də çoxsaylı məlumatlar əldə etmək imkanına malikdir. İnternet vasitələrinə WWW (World Wide Web) saytlar, chat (iki və daha çox istifadəçi arasında yazılı, yaxud sözlü dialoq), e-mail (elektron poçt), Usenet (telekonfranslar və ya “xəbər qrupları”), sosial şəbəkələr aiddir [3. s. 22]. Müasir cəmiyyətdə qlobal şəbəkə olan internet, ondan istifadə edən şəxslərin şüuruna təsir göstərərək virtual düşüncə tərzini formalaşdıran vacib amillərdən biridir. İnternet dinamik şəkildə inkişaf edən kütləvi informasiya vasitəsidir. İnternetə digər kütləvi informasiya vasitələrindənfərqli olaraq heç kim rəhbərlik etmir,idarə etmir və mərkəzləşmiş strukturu vardır, informasiya yüksək sürətlə və müxtəlif şəbəkələrlə ötürülür və paylanılır. İnsanlar internetdən müxtəlif məqsədlər üçün istifadə edirlər. Beləki bir tərəfdən internet vasitəsilə insanlar müxtəlif məlumatlar, fərdi inkişafı üçün lazımi bilikləri əldə edərək distant təhsillə bağlı vacib biliklər toplamağa imkan yaradır. Bundan başqa internetdə əlaqələrin yüksək interaktivliyi imkan verir ki, insanlar bir-birilə informasiya mübadiləsi etsinlər, dialoq qursunlar, istənilən vaxt müəyyən mövzularda müzakirələr aparsınlar. İnformasiyanın çox məzmunluluğu, rəngarəngliyi, pozitiv vəneqativ şəkildə insanlara çatdırılan biliklər kimi özünü büruzə verir. Belə informasiyanın ailə mühitində istifadəsinin, sözsüz ki, birmənalı təsiri ola bilməz, hər bir ailənin maddi mənəvi potensialı, təhsil səviyyəsi
özünəməx sus dur. Məhz bu potensial konkret olaraq hansı səviyyədə informasiyanı qəbul etməyi müəyyənləşdirir. Belə ki hər bir ailə öz mənəvi,mədəni və intellektual potensialına uyğun in for masiyanı qəbul edir və mənimsəyir. Nəzərə alsaq ki, dünyada gün ərzində milyonlarla insan KİV vasitələrindən, xüsusilə internetdən istifadə edir, bu həm də milyonlarla ailə deməkdir. Bu gün KİV (radio, TV, mətbuat, internet), eləcə də kompüterlər və telefonlar, demək olar ki,
bütün ailələrdə vacib alətə çevrilib. Şübhəsiz ki, onlar vasitəsilə əldə edilən məlumatlar ailə üzvlərinin virtual
düşüncəsini formalaşdırır. Beləliklə, KİV-ə valideyn lə rin münasibəti uşaqlara da təsir etmək keyfiyyətini də özün də saxlayır. Virtual düşüncə bütövlükdə cəmiyyətdə müs bət və mənfi dəyişikliklərə səbəb ol du ğu kimi, ailə mühitinə də təsir göstərir. Müşahidələr göstərir ki, həddən artıq internetdən istifadə insan orqanizmində müxtəlif psixoloji və fizioloji fəsadların yaranmasına səbəb olur. Ailə üzvlərinin uzun müddət internet vasitələrindən istifadə etməsi ailədaxili problemlərə gətirib çıxarır. Belə ki, ailədaxili ünsiyyət (ər-arvad, valideyn-övlad) azalır, onlar bir- bi rinə daha az diqqət
ayırır ki, bu da vərdişə çevrilir, yeni tanışlıqlara maraq artır, emosionaləlaqələr zəifləyir və nəticədə ailədaxili ziddiyyətlər yaranır ki, bu da bəzənboşanmalara gətirib çıxarır. İnternetdən (müxtəlif oyunlar, sosial şəbəkələrdən istifadə və s.) gün ərzində uzun müddət istifadə insanın məhsuldar fəallığının qarşısını alır, onu real həyatdan uzaqlaşdırır, vaxtının çoxunu virtual həyata həsr edir. Bundan başqa kompüterdən uzun müddət istifadə etdikdə eyforiya vəziyyəti, istifadəsi dayandırıldıqda mənəvi boşluq,depressiyanın yaranması, əsəb gərginliyi və s. müşahidə olunur. Fizioloji
fəsadlara əl əzələlərində gərginlik, gözlərdə quruluq, ağrı, miqren tipli baş ağrıları, bel və kürək nahiyəsində ağrılar, qidalanma və yuxu rejimin pozulması və s. misal göstərmək olar. Bu hallar daha çox yeniyetmə və gənclər arasında rast gəlinir. Müasir dövrdə böyüyən gənc nəsil artıq kompüterləşmə zəmanəsinin, informasiya cəmiyyətinin “övladlarıdır”.
Onlar artıq bir növ reallıqdan uzaq, emosiyalardan, milli mənəviyyatdan qismən məhrum olan virtual həyat yaşamağa meyillidirlər.

Müasir dövrdə geniş yayılmış internet vasitələrindən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələr sadəcə insanlar arasında ünsiyyət vasitəsi
deyil, həmçinin mühüm informasiya mərkəzləridir. Məşhur sosial şəbəkələr Facebook, Twitter, Instagram-ın milyonlarla istifadəçisi vardır. Müasir dövrdə onlar artıq gündəlik həyatın tərkib hissəsinə çevrilib, bəzən fərdin məqsədyönlü sosiallaşmasına (virtual dostlar və s.) da təsir göstərir. Bu gün sosial şəbəkələr vasitəsilə tanış olub müxtəlif məqsədlərlə virtual münasibət quran insanların sayı kifayət qədərdir. Belə münasibətlərin bir qismi evliliklə nəticələnir ki, müasir dövrdə bunlar kifayət qədərdir və təbliğatı artır. Son dövrlərdə sosial şəbəkələr vasitəsilə kiberbullinq hallarının xüsusilə
təhsil müəssisələrində artması günümüzün aktual probleminə çevrilib. Bu səbəbdən kiberbullinqə məruz qalan şagirdlərdə təhsil prosesinə diqqət azalır. Bundan başqa, sosial şəbəkələrdə cəmiyyətin əxlaqi, sosial, hüquqi
normalarına zidd məlumatların təbliğ edilməsi, xüsusilə yeniyetmə və gənclər arasında deviant (narkomaniya,
alkoqolizm, müxtəlif cinayətlər, intihar halları və s.) davranışlara gətirib çıxarır.
Müasir dövrdə ən geniş yayılmış problemlərdən biri də kifayət qədər auditoriyası olan müxtəlif formatlı yerli və ölkəmizdə də yayımlanan əcnəbi TV və radio proqramlarda, eləcə də KİV-in əsas tərkib hissəsi olan reklam çarxlarında milli əxlaqi dəyərlərimizə zidd davranışların, homoseksuallıq, transseksuallıq və s. təbliğ edilməsidir. Məsələn, dünyanın 40-dan çox ölkəsinin, eləcə də ölkəmizində iştirak etdiyi Eurovision mahnı müsabiqəsinin 2014-cü il qalibi Avstriya təmsilçisi Konçita Vurst oldu. O, cinsi azlıqların nümayəndəsi və “təmsilçisi” idi. Şüb həsiz ki, bu cinsi azlıqların cəmiyyət tərəfindən qəbul edilməsi üçün böyük təbliğat idi və nəticədə bu gün biz ölkə televiziyalarımızda bu tip insanların müxtəlif proqramlara dəvət olunduqlarının şahidi oluruq. Təbii ki, bütün bunlar ailələr tərəfindən izlənilir və böyüyən
gənc nəslin artıq şüuruna təsir edib virtual düşüncəsini formalaşdırır, nəticədə ailənin və bütövlükdə cəmiyyətin qəbul etdiyi normalar, dəyərlər və davranış modellərini dəyişdirir.
Müasir dövrdə uşaqlar, yeniyetmələr, gənclər və hətta bəzən yaşlılar arasında da təsadüf olunan kompüter oyunları da İKT-nin inkişafı nəti cəsində yaranmışdır. Komputer oyunlarını bir çox xüsusiyyətlərinə görə təsnif edirlər:[5, s. 265]
– Oyunun texniki tipinə görə, belə ki kompüterdə oynanılan oyunlar, oyun zallarında nümayiş olunan oyunlar, videooyunlar və s;
– Oyunçuların sayına görə – diadlar və qrup şəklində oynanılan oyunlar.
– Oyun prosesində məntiqi təfəkkürü, diqqəti, emosional dayanıqlığı inkişaf etdirən oyunlar – şahmat, şaşki və s;
– Müəyyən süjet xətti, strategiyası olan rollu oyunlar və s.
Yuxarıda da qeyd etdiyimiz kimi, kompüter oyunlarının (xüsusilə internet vasitəsilə oynanılan) insan sağlamlığı üçün həm müsbət, həm də mənfi təsirləri vardır. Virtual oyunlar bəzən uşaq
və yeniyetmələrdə aqressiv, təcavüzkar davranışların yaranmasına səbəb olur.
Nəticə:
Müasir dövrdə İKT-nin inkişafı yuxarıda da qeyd etdiyimiz kimi, həm bütövlükdə cəmiyyətin, həm də onun təməli olan ailənin virtual düşüncəsinin formalaşmasına, onun sosial-psixoloji mühitinə müsbət və mənfi təsir göstərir.
Bəzi ailələrdə mədəni və təhsil səviyyəsinin aşağı olması onların internətdən yanlış məqsədlər üçün
istifadə etməsinə səbəb olur. Sözsüz ki, belə ailələrdə böyüyən uşaq və yeni yetmələrin təlim-tərbiyəsində cəmiyyətin mədəni, əxlaqi normalarına zidd davranışlar özünü göstərəcəkdir. Qeyd etdiyimiz kimi, bu gün gənc nəsil
yaşlı nəslə nisbətən internetdən, kompü ter dən daha çox istifadə edir. Hətta bəzi ailələrdə valideynlər ümumiyyətlə
kompüter və internetdən istifadə edə bilmirlər. Beləliklə də, uşaqlarının sosial şəbəkələrdən hansı məqsədlə istifadə etdiklərindən, kimlərlə ünsiyyətdə olmalarından və virtual dostlarından məlumatsız olurlar. Belə ailələrdə uşaqlar bu vəziyyətdən “istifadə edir” və nəticədə valideynlərlə övladlar arasında konflikt yaranır. Bəzən belə uşaqlar valideynlərinin internetdən, kompüterdən istifadə edə bilməməsini onların bilik səviyyəsi və dünyagörüşü ilə müqayisə edir və düşünür ki, belə valideynlər həyatda onlara çox şey öyrədə bilməz. Nəticədə nəzarətsiz qalan uşaqlar və yeniyetmələr internetdə müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdən istifadə edir, bu da bəzi hallarda onları cinayətib qurbanına
çevirir (cinsi istismarçıların, xüsusilə pedofillərin) və ya intihar etməsinə gətirib çıxarır. Bundan başqa bir çox yeniyetmələr və gənclər real həyatda yaşaya bilmədiyi sevgi münasibətlərini virtual şəkildə yaşayırlar ki, bu da
nəticədə əxlaqa zidd davranışların yaranmasına gətib çıxara bilər. Bu kimi halların qarşısını almaq üçün Respublikamızda bir çox layihələr, müxtəlif tədbirlər həyata keçirilir. Belə ki Təhsil Nazirliyi məktəblilərin bullinq (qısnama) hallarının qarşısını almaq məqsədilə “Mənimlə danış” sosial layihəsini uğurla həyata keçirir.
Bu gün ölkəmizin təhsil müəssisələrində, xüsusilə məktəblərdə geniş maarifləndirmə tədbirləri keçirilməkdə davam edir.
İnsanlarda sağlam virtual düşüncə tərzinin formalaşması üçün TV, radio proqramlarının cəmiyyətin milli-mənəvi dəyərlərinə, əxlaqi, mədəni normalarına uyğun şəkildə hazırlanması və yayımlanması zəruridir. Telekanallarda, radioda, internet saytlarında yayımlanan neqativ təsirli proqramlar, videoçarxlar, reklamlar, müxtəlif səpkili məlumatlar zaman zaman ziyalılarımız, elm xadimlərimiz, nüfuzlu ekspertlər tərəfindən tənqidlərə məruz qalsa da, bu hallar hələ də kifayət qədərdir. Qeyd etdiyimiz kimi, böyüyən gənc nəsildə virtual düşüncə tərzi məhz ailədə formalaşmağa başlayır. Ona görə
də ailələrin KİV-dən, xüsusilə internet vasitələrindən faydalı və düzgün şəkildə istifadəsi, həmçinin ailələrdə
sağlam milli-mənəvi dəyərlərin böyüyən gənc nəslə aşılanması haqqında maariflən dirici təbliğat aparılması və
tədbirlər həyata keçirilməsi zəruridir. Sağlam milli-mənəvi dəyərlərin uşaqlara öyrədilməsi onlarda sağlam dayanıqlı düşüncə tərzini formalaşdırır. Bu prosesdə valideynlərin məsuliyyət hissi, uşaqlara daimi nəzarəti, düzgün tərbiyə etmək xüsusi əhəmiyyət kəsb edir.

Ədəbiyyat:

  1. Əzimova R.C. İnsanşünaslıq XXI əsrin elmidir. Bakı: Təknur, 2012, 156s.
  2. Rüstəmov İ.Ə. Ümumi sosiologiya. Dərslik. Prof.Z.T.Qolenkovanın redaktorluğu ilə. Bakı: ADPU-nun mətbəəsi, 2014, 492s.
  3. Psixologiya jurnalı. 2017, №4.
  4. Белинская Е.П. Психология Интернет-коммуникации. М.,Воронеж, 2013, 192с.
  5. Бим-Бад Б.М., Гавров С.Н.Модернизация института семьи: Макросоциалогический, экономи ческий и антрополого-педaгогический aнализ. Монография. Москва: 2010, 337с.
  6. Войскунский А.Е. Психология и интернет. М.:Акрополь, 2010. 439 с.
  7. e – Journal of New Media / Yeni Medya Elektronik Dergi – eJNM. May 2018 Volume 2 Issue 2.
  8. Theories and Problems of Political Studies. 2016, Vol. 5, Is. 5A.
  9. Управленческое консультиро вание. №6, 2017.

Müəllif:

AMEA Fəlsəfə İnstitutunun Sosial psixologiya şöbəsinin doktorantı Şəfiqə Həsənova

Mənbə: http://psixologiyajurnali.az

Son məqalələr

Online Qeydiyyat