“Məktəblinin dostu” layihəsi çərçivəsində 21.12.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün artıq 2 dəfə “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdir.
Təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq, ADPU-nun Ümumi psixologiya kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktarantı Ülviyyə Nəhmətova olmuşdur.
Təlimlərdə 1 ay müddətində 50 məktəb psixoloqunun iştirak etməsi planlaşdırılmışdır.
Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.