23.12.2021 tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadiyyat və Menecment fakültəsi tələbələri üçün “Motivasiya və özünütəqdimetmə bacarıqları” adlı təlim keçirilmişdir.
Təlimçi – Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, AMEA-nın doktorantı, psixoloq Əli Xəlilov olmuşdur.
Seminarda motivasiya, karyera, iş interviyusu və s. haqqında interaktiv müzakirələr aparıb. Tələbələrin sualları cavablandırılıb və tövsiyələr verilib.