Açar sözlər: tolerantlıq, antik dövr,mədəni normalar, dözümlülük.
Anlayış və fenomen kimi terminin ifadə olunması üçünistifadə olunan “tolerantlıq” sözü etimoloji cəhətdən latın tolerantlıq dözümlülüklə eynilik təşkil etmir. Baxmayaraq ki, bu anlayışlar bir-birinə xeyli yaxındır, bununla belə onları sinonim hesab etmək ol- maz. Tolerantlıq ideyalarının mənbələrinə qədim zamanların mütəfəkkirlə- rinin işlərində rast gəlmək mümkündür. Sidhartha Qautama, Sokrat və digər mütəfəkkirlər tərəfindən irəli sürülən və fəlsəfi fikirlərin əsasında duran bir sıraideyalar buna bir daha sübutdur. Bəşəriyyət tarixində tolerantlıq haqqında məsələ ilk dəfə ənənəvi cəmiyyətdən vətəndaş cəmiyyətinə keçid zamanı irəli sürüldü. Ənənəvi cəmiyyətdə sosiomədəni fəaliyyət subyektlərinin qrup şəkilli tolerantlığı hakimiyyətin dini xarakteri, sosial ierar- xiyanın kobud şəkildə müəyyən edilməsi, sosial mobilliyin olmaması, kollektivlik prinsipinin üstünlük təşkil etməsi vasitəsilə təşkil edilmişdi. Çünki Qədim Yunan sivilizasiyası dövründə siyasətdəki çiçəklənmə zamanı vətəndaş cəmiyyətində tolerantlıq ideyaları daha inkişaf etmiş formada ilk dəfə özünü büruzə vermişdir, kulturogenezin göstərilən mərhələsində tolerantlıq da sosiomədəni reallıq kimi şüurlu formada özünü göstərə bilər. Məhz bu zaman hakimiyyətin desakralizasiyası ilə, sosial mobilliyin, rasionalizmin yaranması ilə, mədəni ssenarilərin azad vətəndaşların özləri tərəfin- dən həyata keçirilməsindəki müxtəliflik və dünyəviləşmə ilə əlaqədar olaraq mədəni icraçıların fərdiyyətlər kimi subyektliliyi geniş spektrda formalaşmağa, möhkəmlənməyə, qorunub saxlanmağa başlayır. Sosiomədəni fəaliyyətin yeni subyektlərinin meydana çıxması, cəmiyyətdə daxili təbəqələşmə dərəcəsinin artması və bu təbəqələrin statuslarının mükəmməl dərəcədə qəbul edilməsinə cəhd edilməsi sosial qarşılıqlı təsirlərin konfliktli formalarının aktuallaşmasına gətirib çıxarırki, bu da sosiumun strukturunu optimallaşdırır və tolerant münasibətlərin subyektlər dairəsini genişləndirir. Beləliklə, müstəqil Yunanıstan yeni – aqonal mədəniyyət tipini yaradır ki, burada yarış, mübahisə, mübarizə yaxşıların içərisindən ən yaxşısını müəyyən edən universal kütləvi mədəni mərasimə çevrilir[6]. Yarışmaq və rəqabət aparmaq və buna müvafiq olaraq tənqidə açıq olmaq gələcəkdə istənilən tolerant cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilir. Afinanın mədəni çiçəklənməsindən tutmuş Spartanın son dərəcə hərbiləşdirilməsinə qədər Qədim Yunan siyasətində mövcud olmuş bu müxtəliflik inkişafın mədəni vektorlarındakı azad seçimdən xəbər verir. Lakin, artıq antik dünya, eləcə də antik mədəniyyət ümumilikdə tolerantlığın iki müxtəlif tarixi tipini nümayiş etdirir: tolerantlıq ya azadlıq fenomenindən qarşılıqlı şəkildə istifadə edil- məsinin üstünlük təşkil etməsi ilə, ya da plüralizm fenomeninin müxtəlif növlərinin üstünlüyə malik olması iləmüəyyən edilir. Qeyd edilən iki sosiomədəni sistemdən birincisi, başlıca olaraq, əsas dəyər və məqsəd kimi insana yönəlmişdir. Dövlət azadlığı mümkün qədər maksimal səviyyədə təmin etməyə çalışır, hər bir kəsin azadlığı ümumilikdə hamının azadlığının ilkin şərti kimi meydana çıxır. Buna görə də vətəndaş cəmiyyəti və onun optimal fəaliyyəti şəxsi azad- lığın və ya fərdi özbaşınalığın sərhədləri kimi özünü büruzə verir. Vətəndaş statusunun mükəmməlliyi müxtəlif fəaliyyət növlərində azad sosial, siyasi, hərbi, yaradıcı aktivliyə və təsərrüfat aktivliyinə təkan verir ki, bu da kollektivizmə zidd olan endogen (daxili, internal) plüralizmə, cəmiyyətin təbəqələşməsinə, fərdiyyətçiliyin formalaş- masına, universal mədəniyyət növünün qurulmasına gətirib çıxarır. Bu tip mədəniyyətdə tolerantlıq məsələsi təcrid olunmuş şəkildə qoyulmayacaq, belə ki, dinamik cəmiyyətdə ümumi təşəbbüskarlıq nəticəsində tolerant münasibətlər spontan və təbii olaraq daha adekvat şəkildə, yəni azadlıqdan qarşılıqlı şəkildə istifadəyə bir işarə formasında təşəkkül tapacaqdır.Bu, tolerantlığın Qədim Yunanıstannda nümayiş etdirilmiş siyasi tipidir [7, səh: 131-137].Lakin tolerantlıq ideyaları, ilk növbədə, XV–XVII əsrlərdə vəyalnız dini əqidələrlə əlaqədar olaraq, yəni Avropada dini ziddiyyətlərlə şərtlənən sosial konfliktlərin kəskinləşməsi ilə əlaqədar olaraq daha dərin şəkildə analiz edilməyə başlamışdır.Tolerantlıq həm də demokratiyanın və insan hüquqlarının əsasını təşkil edir ki, buna görə də çoxlu etnik qrupları olan, çox konfessional olan və yaxud da müxtəlif mədəniyyətlərin mövcud olduğucəmiyyətlərdə dözülməzlikinsan hüquqlarının pozulmasına, zorakılığa və silahlı münaqişələrə gətirib çıxarır. Dözülməzlik bəşər tarixində hər zaman mövcud olmuşdur. O, əksər müharibələrin, dini təqiblərin, ideoloji ziddiyyətlərin və etnik konfliktlərin əsas səbəbidir. Faktlar sübut edir ki, konfliktlər insanların, xalqların və ölkələrinhəyatında insanların istəklərinə nisbətən olduqca daha böyük rol oynayır, belə ki, hər kəs sülh istəyir, lakin hər kəs buna özü bildiyi şəkildə can atır və bunun da nəticəsində “öz-özünə” müharibələr meydana çıxır. Bu situasiya hələ qədim tarixçilər və mütəfəkkirlər tərəfindən qeyd edilmişdir. Heç bir böyük konflikt izsiz ötüşməmişdir. Müharibələr tarixi ədəbiyyatlarda ətraflı şəkildə təsvir və təhlil edilmişdir, belə ki, bir çox tarixçilər baş verən hərbi toqquşmaların əsas səbəbi kimi düşmən tərəflərin maraqlarının uzlaşmamasını, birinin ərazini işğal etmək və əhalini ələ keçirmək cəhdini, digərinin isə özünü müdafiə etmək, öz yaşamaq və müstəqillik hüququnu qorumaq cəhdini ayırd etmişlər. Tolerantlıq haqqında müasir təsəvvürlər və ya onun vətəndaş cəmiyyətini möhkəmləndirən və ədalətsizlikdən qorunmağa imkan verən faktor kimi dəqiq olaraq təsdiq edilməsi XVI- XVII əsrlərin filosoflarının (C.Lokk 1632-1704,P.Beyl 1647-1706, Volter1694-1778, İ.Höte 1749-1832 və s.)əsərləri əsasında formalaşmışdır.Tolerantlıq ideyasının özü fəlsəfi fikirlər tarixinə gedib çıxır. Güclü kilsə senzuraları şəraitində C.Lokk “Dözüm haqqında oçerklər” və “Dözüm haqqında məktublar” adlı işlərində, P.Beyl isə özünün bir sıra fəlsəfi əsərlərində tolerantlıq haqqında yazmışdır. C.Lokk və Volter tərəfindən tolerantlıqhaqqında klassik nəzəriyyələrin əsasını qoyulması tolerantlıq ideyalarının inkişafı, onun dini səbir kimi başa düşülməsi yolundaqiymətli xəzinədir. Tolerantlıqmünasibətlərinin qurulması tarixi bunu nümayiş etdirir ki, onlar subyektobyekt münasibətlərindən (tolerantlıq mövzusunda tarixi cəhətdən birinci olaraq inkişaf etmiş refleksiyalardan birini D.Lokk sonradan belə adlandırdı: tolerantlıq gülərüzlülük kimi) tədricən subyekt subyektmünasibətlərinə doğru şəklini dəyişir və bu da onların proqressiv və humanist inkişaf vektorunu sübut edir. Beləliklə, bu sahədə aparılan tədqiqatların əsas istiqamətində sosiomədəni normalar daxilində tolerantlığa mədəniyyət cəhətdən universallaşmanın izahı kimi baxılması dayanır. “Mədəni normalar” insanların davranışını tənzimləyən, onların konkret sosial və mədəni qruplara mənsubiyyətini sübut edən və eyni zamanda da insanların lazımi və arzu olunan şeylər haqqında təsəvvürlərini ifadə edən mədəni fəaliyyət standartlarıdır. Normaların təyin edilməsi təsadüfi şəraitlərin, subyektiv motivlərin, psixoloji vəziyyətlərin minimallaşdırılmasından ibarətdir. Münasibətlərin normativ şəkildə tənzimlənməsi mövcud cəmiyyətdə daha geniş yayılan fəaliyyət normalarının hər bir insan tərəfindən könüllü və şüurlu şəkildə qəbul edilməsini nəzərdə tutur. Volter dini azadlığı qəbul etmək problemini nəzərdən keçirərkən “insanlar zəifdirlər və başdan başa yanlışlarla doludurlar” ideyasına əsaslanmışdır. O, qeyd edirdi ki, insanlar Yaradanın sirrləri barədə xəbərsizdirlər, Allahın kim olduğu və ruhun nə olduğu haqqında heç nəyi bilmirlər. Lakin bəzi insanlar özlərini hər şeyi bilən və dözülməzliyin əsası olan İlahi haqq vasitəsilə dərk edirlər.Daha sonralar tolerantlıq ideyaları liberal modellərin qoynunda inkişaf edərək Con Stüart Millin “Azadlıq haqqında” adlı işində öz əksini tapmışdır. Bu esse ilə təsdiq edilmişdir ki, əgər cəmiyyətdə azad fikirlərə və hisslərə, azad zövqlərə və məşğuliyyətlərə hörmət edilmirsə, bu cəmiyyətdəki qruplar istənilən məqsədlər əsasında və bu qruplar heç kəsə ziyan verməyəcək şərtlər daxilində birləşirsə, ondaonu azad cəmiyyət hesab etmək olmaz [6, səh: 11]. Buna görə də Millin qeyd etdiyi kimi, heç kəs fikirlər qədər əməllərin də azad olmasını tələb etmir. Əgər bəzi şəraitlərdə iyrənc əməllərə təhrik etmək mümkündürsə, bu zaman fikir öz toxunulmazlığını itirir. XX əsrdə tolerantlığın liberal nəzəriyyəsi, daha dəqiq desək, onun liberaldemokratik cəmiyyətlərdə təcəssüm etməsi frank- furt məktəblərinin neomarksizm, kommunitarizm cərəyanları və “fərqlər nəzəriyyəsi” (postmodernlik, feminizm) tərəfindən tənqidə məruz qalmışdır. Kommunitaristlər və neomarksistlər tolerantlığı cəmiyyətin ənə- nəvi dəyərlərinin pozulmasında ittiham etmişdir. “Fərqlər nəzəriyyəsi”nin nümayəndələri isə, əksinə, təsdiqləmiş- dirlər ki, tolerantlıq bir dəyər kimi köhnəlmişdir, çünki gələcək cəmiyyətdə bəzi razılıqların axtarışına əsaslanır, o, “dəyərlərin plüralizmi” vəziyyətinə uyğun gəlmir, istənilən razılıq və həmrəylik mümkün deyildir [7]. Beləliklə, frankfurt məktəblərinin nümayəndələrinin (H.Markuze, T.Adorno, Y.Habermas) fikrincə, müasir liberal cəmiyyətdə tolerantlıq statusun tərifinə və yatırtma ideologiyasına çevrilmişdir. O, ilk növbədə, azad olunmanın müdafiə qüvvəsi kimi çıxış edirdi[7, səh: 101]. H.Markuze göstərmişdir ki, müasir cəmiyyətdə təntənə ilə elan edilən və tətbiq edilən tolerantlıq yanlışdır. Həqiqi tolerantlığın reallaşdırılması şəraitində avtonom təfəkkür inkişaf etdirilməli, həqiqəti və yanlışı, ədalətliliyi və ədalətsizliyi, xeyirxahlığı və qəddarlığı, eləcə də ətraf cəmiyyətlərdə humanistliyi müəyyən etmək mümkün olmalı, qərarların qəbulunda zorakılıq üsullarından imtina edilməlidir.T.Adorno belə bir fikir irəli sürmüşdür ki, müasir cəmiyyət bir çox cəhətdən intolerantlığa (dözülməzlik) meylli avtoritar şəxsiyyətlərin formalaşmasına imkan yaradır. Onları digər şəxsiyyətlərdən fərqləndirən cizgilər aşağıdakılardır:1) Konvensializm. Orta təbəqənin konvensional dəyərlərinə sarsılmaz bağlılıq.2) Avtoritar alçalma. Xüsusi qruplarda ideallaşdırılan avtoritetə qeyritənqidi şəkildə tabeçilik.3) Avtoritar aqressiya töhmət etmək, rədd etmək vəcəzalandırmaq məqsədilə konvensional dəyərlərə hörmət etməyən insanları axtarıb tapmaq meyli.4) Antiintrasepsiya. Subyektiv şəkildə icra edilən bütün təsirli fantaziyaların qəbul edilməməsi.5) Xurafatçılıq və stereotipizm. şəxsi talelərin qabaqcadan müəyyən ediləm mistik göstərişinə inam; sərt kateqoriyalı təfəkkür meyli.6) Qüvvət təfəkkürü və pərəştiş qüvvələri. Bu cür: hökmranlıq itaətkarlıq, güclüzəif, rəhbərardıcıl, kateqoriyalı təfəkkür, özünü güc göstərmə nümayiş etdirən qüvvələri təmsil edən obrazlarla identifikasiya etmək.7) Destruktivlik və ədəbsizlik. Bütün insanlığa qara yaxmaq, ümumi düşmənçilik. Proyektivlik. Dünyada baş verən qaranlıq və təhlükəli proseslərə inanma meyli, şüursuz, instinktiv impulsların ətraf mühitdə proyeksiyası [9, səh: 52].Y.Habermas tolerantlığın mahiyyətini ondan görmüşdür ki, “…ekzistensional əhəmiyyətli dünyagörüşü ilə barışmazlıq davam edərkən koqnitiv səviyyədən keçid zamanı əqidələr axını süzgəcdən keçirilir, həqiqi etnos praktik səviyyədə əlverişli şəraitdə cəmiyyətin hüquq və əxlaqında koqnitiv dönüşəldə edir” [10, səh:53]. Lakin tolerantlıq ucsuz-bucaqsız ola bilməz. O, müəyyən davranış qaydalarının qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanmalıdır. O vaxta qədər, hələ bu cür qaydaların təyin edilməsi avtoritar (birtərəfli) şəkildə baş verdiyi müddətdə tolerant münasibətlər əsassız istisnalarla biyabırçı ləkə şəraitində saxlanılır[10, səh:46].Liberal tolerantlıq nəzəriyyəsinin digər tənqidçisi – kommunitarist M. Uoltser özünün “Dözümlülük haqqında (etika, siyasət və iqtisadiyyat üzrə mühazirələr)” adlı işində tolerantlıq probleminə müxtəlif tarixə, mədəniyyətə və identikliyə malik olan qrupların qarşılıqlı münasibətləri prizmasından baxmışdır, bununla belə, vətəndaş cəmiyyətində və dövlətdə ekssentrik və ya başqa cür düşünən şəxsiyyətlərə münasibətdə tolerantlıq haqqında məsələni öz işlərinin çərçivələrindən kənarda saxlamışdır. M. Uoltserə görə, Qərbdə tolerantlığa yol verən beş tip siyasi quruluş (tolerant cəmiyyətlərin beş modeli) mövcud olmuşdur: 1) çoxmillətli imperiyalar; 2) beynəlxalq cəmiyyətlər; 3) konsosiativ (cəmiyyətli) quruluş; 4) milli dövlətlər; 5) immiqrant cəmiyyət.Tolerantlıq ideyaları kifayət qədər uzun müddətli olan təkamül yolukeçmişdir, bu müddətdə o, başqa dindən olan və başqa cür düşünən insanlara qarşı dözümlü münasibət tələb edən mücərrəd fəlsəfi prinsipdən müxtəlif cür, bəzən isə hətta bir-birinə zidd olan, beynəlxalq şəkildə qəbul edilən əqidələrə (dini, siyasi, fəlsəfi və s.) malik insanlar arasındakı qarşılıqlı münasibətləri tənzimləyən nor- maya çevrilmişdir.Əlbəttə, müasir cəmiyyətdə tolerantlıq prinsipinin reallaşdırılması təcrübəsi idealdan çox uzaqdır, belə ki, buprinsipə insanlar arasındakı münasibətləri tənzimləyən istənilən digər qaydaların həyatda real bir şəkil almaları aid edilir. Müasir dövrdə siyasət və ictimaiyyət üçün təhlükənin dərk olunduğu müasir dünyada dözülməzlik formasının yaranması ilə əlaqədar olaraq16 noyabr 1995-ci ildə Parisdə baş tutan BMT- nin Əsas konferensiyasında Tolerantlıq Prinsipləri Bəyannaməsi qəbul edilmişdir ki, bu Bəyannaməsiyasi, milli, etnik qruplararası, icmalararası və şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi üçün işlənib hazırlanmışdır.YUNESCO-nun səyləri nəticəsində son onillikdə “tolerantlıq” anlayışı əsas açar sözü dünyanın problematikası olan beynəlxalq terminə çevrilmişdir. Tolerantlığın əsas şərti kompromisslərin əldə edilməsi, konfliktlərin aradan qaldırılmasıdır. Tolerantlıq anlayışını əsaslandırmaq üçün onun mahiyyətinə[19:41, 2022-1-20] : keçmişdir, bu müddətdə o, başqa dindən olan və başqa cür düşünən insanlara qarşı dözümlü münasibət tələb edən mücərrəd fəlsəfi prinsipdən müxtəlif cür, bəzən isə hətta bir-birinə zidd olan, beynəlxalq şəkildə qəbul edilən əqidələrə (dini, siyasi, fəlsəfi və s.) malik insanlar arasındakı qarşılıqlı münasibətləri tənzimləyən normaya çevrilmişdir.Əlbəttə, müasir cəmiyyətdə tolerantlıq prinsipinin reallaşdırılması təcrübəsi idealdan çox uzaqdır, belə ki, buprinsipə insanlar arasındakı münasibətləri tənzimləyən istənilən digər qaydaların həyatda real bir şəkil almaları aid edilir. Müasir dövrdə siyasət və ictimaiyyət üçün təhlükənin dərk olunduğu müasir dünyada dözülməzlik formasının yaranması ilə əlaqədar olaraq16 noyabr 1995-ci ildə Parisdə baş tutan BMT- nin Əsas konferensiyasında Tolerantlıq Prinsipləri Bəyannaməsi qəbul edilmiş- dir ki, bu Bəyannaməsiyasi, milli, etnik qruplararası, icmalararası və şəxsiyyətlərarası münasibətlərin tən- zimlənməsi üçün işlənib hazırlanmış- dır.YUNESCO-nun səyləri nəticəsində son onillikdə “tolerantlıq” anlayışı əsas açar sözü dünyanın problematikası olan beynəlxalq terminə çevrilmişdir. Tolerantlığın əsas şərti kompromisslərin əldə edilməsi, konfliktlərin aradan qaldırılmasıdır. Tolerantlıq anlayışını əsaslandırmaq üçün onun mahiyyətinə qayıdaq. Tolerantlıq tarixən mənəvi xarakter daşımışdır, fizioloji təzahür deyildir. Öz stabilliyini təmin etmək üçün etnik, sosial və mədəni oxşarlığa malik olmayan istənilən cəmiyyət tolerantlığa ehtiyac duyur.Bu məsələni tədqiq edərək biz belə bir nəticəyə gəlib çıxdıq ki, müxtəlif etnik mənsubiyyətə malik insanlar arasında qarşılıqlı münasibətlər kodeksi, müəyyən qaydalar toplusunun mövcudluğu zərurətiniinsanlar hələ çox qədim zamanlardan anlamışlar. Bu və ya digər xalqlara hörməti əks etdirən bütün dəyərlər toplusu, demək olar ki, eynidir. Məsələn, qonaqpərvərlik və yüksək ehtiram yalnız qafqaz xalqlarına deyil, digər bir sıra xalqlara da məxsus xüsusiyyətdir. Hesab edilmişdir ki, yaxınlıqda yaşayanlara hörmət, onların mənəvi aləmini, yaşayışlarını, məişət həyatını başa düşmək, milli razılığın etibarlı yoludur. Bununla belə qloballaşma dövrünə daxil olan müasir cəmiyyət üçün tolerantlıq dəyərini yenidən qiymətləndirmək çətindir. Çünki tolerantlıq “…dünyada nailiyyətlərə şərait yaradan və müharibə mədəniyyətlərini sülh mədəniyyətləri ilə əvəz etməyə imkan yaradan comərdlik”dir [12]. Bizim fikrimizcə, tolerantlığın mahiyyəti növbəti tərifdə öz əksini tapa bilər. Tolerantlıq bu, insanların şəxsi ləyaqət və fərdlər arasındakı qarşılıqlı təsiri tənzimləyən sosial normativ hüquqları baxımından insanların bərabərliyi və eləcə də fikirlər və hərəkətlər sahəsindəki narazılıqları səbəbindən zorakılıq şəraitində insanların birbirinə münasibətinə əsasən onlar üçün tətbiq edilən qadağaların müəyyən olunması vasitəsilə fərdlərin birliyi ideyasına əsaslanır ki, bu fikirlər və hərəkətlər bu bərabərliyin pozulmasına səbəb olmur.Subyektlərin növ müxtəlifliyi fərdlər, sosial qruplar, cəmiyyət vasitəsilə əldə edilir, qazanılır, əvvəlcədən mövcud olmur. İnsanda bu tərbiyə sosiallaşma və özünəhörmət vasitəsilə əldə edilir ki, çox vaxt da konflikt formasını alır. “Ola bilsin ki, bu, sosiumda nə isə subyekt keyfiyyətlərinin yaranması qaydalarıdır ki, bu cür hallarda həmin sosium digər sosiumlarla konfliktə girir və bununla da özünü, öz məqsədlərini, maraqlarını, ideallarını dərk etmək sahəsində qarşıdurma başlayır, bu əsasda xüsusi hərəkətlər proqramı işlənib hazırlanır”[4, səh:105].Yeni dövrdə Qərbi Avropada endogen (daxili) plüralizmin parçalanması ilə: dünyagörüşü (Yüksəliş), xristian dini məzhəbinin plüralizasiyası (Reformasiya), rasionalizmin bərqərar olması (Maarif), sosiomədəni fəaliyyətin öz siyasi, sosial, dini və mədəni təsdiqinə müvəffəq olmuş yeni subyektlərinin meydana çıxması (protestantlar, burjuaziya, proletariat, qadınlar, gənclərvə s.) ilə əlaqədar olaraq sosimədəni norma kimi tolerantlığa tələb yaranmışdır. Yeni mədəniyyət icraçılarının subyektivliyinin formalaşması, onların özünü oxşatma (identiklik) haqqında təsəvvürləri və təsdiqə doğru irəliləməsi sosial qarşılıqlı təsirin konfliktli forması vasitəsilə həyata keçirilir. Bununla əlaqədar olaraq İngiltərədə tolerant münasibətlərə nail olunması bu sahədə tarixi təcrübəyə tipik nümunədir, belə ki, tam bu anlayışın necə meydana çıxmasını əks etdirən mənzərəni izləməyə imkan verir, bu anlayış yalnız dövlət siyasətinin əsasını deyil, ictimai dəyərlərin, ayrı-ayrı fərdiyyətlərin cizgilərinin də əsasını təşkil edir, yəni subyektlərin dözümünün daha mükəmməl dairəsini yaradır. Bununla bərabər, burada söhbət yalnız dini dözümdən deyil, onun digər növlərinin (siyasi, sinfi, gender, nəsillərarası) mənimsənilməsindən və əsaslandırılmasından gedir, lakin yalnız dini tolerantlıqla əlaqədar olan məsələnin kifayət qədər həll olunmasına baxmayaraq, o, hələ də daha diqqətlə tədqiq edilmək üçün xüsusi maraq kəsb edir, xüsusən də məhz bu cür tolerantlıq amansız dini müharibələr nəticəsində əldə edilmişdir, qadın və gənclərin hərəkatlarında artıq müşahidə olunmayan “sakit” mədəni təkamül baş vermişdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, Qərbi Avropada ayrı-ayrı tolerantlıq növlərinin mənimsənilməsi hər hansı bir ardıcıllığı nümayiş etdirir və buhərəkat məhz etiqad məsələləri ilə əlaqədar olaraq başlamışdır, bütün proseslər böyük əhəmiyyət kəsb etmişdir, beləliklə də bu dövrün insan üçün mərkəzi həyati vacib olan məsələlər: Allahla münasibət, ruhların xilası və qabaqcadan müəyyən edilməsi, ölümsüzlük məsələsi həll edilmişdir.Avropada tolerantlığın birinci ocağı olan, burjuaziyan təkamül etdiyi ilk ölkələr İngiltərə və Hollandiyadır. Əlbəttə, hər şeydən əvvəl, Britaniya adalarında daha qüdrətli dövlətlər kimi kontinental Avropanın taleyi məhz bu dövlətlərin müvəffəqiyyətli təcrübəsindən asılı olmuşdur və öz yollarında onlara müvafiq şəkildə seçim etmişlər. Bu proseslərə qayıtmadan ənənəvi cəmiyyətdən (orta əsrlərdəki) sənayecəmiyyətinə (modern) transformasiya baş vermişdir, bu, məhz öz bütün yollarının özünəməxsusluğu və təkrarolunmazlığına baxmayaraq, İngiltərədə təşkil edilmiş və sınanılmışdır. Protestantlıqla əlaqədar olan dəyərlərin konflikti və burjua münasibətlərinin meydana çıxması ilə əlaqədar olan maraqların konfliktidaha böyük obrazda bir araya sığışmışdır və tarixdə ən mühafizəkar təkamül presedentinə səbəb olmuşdur və ola bilsin ki, onun nəticələrinin möhkəmlənməsinə şərait yaratmışdır. Böyük Britaniyada tolerantlığın sosiomədəni normalar kimi təşəkkül tapmasında ümumi cəhətlər bunlardır: bu məsələnin burjuaziyaya keçid dövründə müəyyən edilməsi, özü ilə parlamentarizm, sosiasiyasi plüralizm, sosial mobillik, konstitusiya azadlığı, insan hüquqları institutu, dünyəvi xarakterli mədəniyyətlər, innovasion inkişaf meyli gətirən liberaldemokratik cəmiyyət. xüsusi cəhətlər tolerantlıq məsələsi ətrafında bu ölkədə əldə edilmiş təcrübə “Avropa” miqyasında ilkin təcrübə olmuşdur, o (Hollandiya ilə birlikdə), iqtisadiyyat, cəmiyyət, siyasət və mədəniyyət sahələrində burjua dəyişikliklərinə ilk dəfə olaraq qədəm qoymuşdur. İngiltərə təcrübəsi bir daha göstərmişdir ki, tolerantlıq məsələsi cəmiyyətin həyatındakı qeyristabil, transformasiya dövründə aktual olaraq qalmaqdadır, bu məsələ tənqidi vəziyyətin göstəricisi kimi dözümlülük situasiyalarını yenidən nəzərdən keçirməyi tələb edir. Böyük Britaniyada sosiomədəni normalar kimi tolerantlığa nail olunması təcrübəsinin göstərdiyi kimi, o (tolerantlıq), reformasiya dövrünün nəticəsində plüralizmin meydana çıxması şəraitində həmin sosiomədəni sistemlərin özünüinkişafının nəticəsi kimi mənimsənilmişdir ki, bu da eyni zamanda həm dəyərlərin konfliktinə, həm dəmaraqların konfliktinəsəbəb olmuşdur. Tolerantlıqla əlaqədar olan məsələlərin daha dərin xarakter kəsb edən birinci növü dini və sosial siyasi plüralizm olmuşdur ki, bu da tolerantlığın birinci: dini və siyasi növünün əsaslandırılmasına gətirib çıxarmışdır. Sonrakı tarixdə də göstərildiyi kimi, bu norma yalnız ölkələrin daxilində, onun hüdudlarından kənarda zorakılığın tətbiqi ilə birlikdə ekspansionist, müstəmləkəçilik siyasətinin həyata keçirilməsinə mane olmadanfəaliyyət göstərir (XVII əsrdən XX əsr də daxil olmaqla). Burjua dəyişiklikləri nəticəsində zərbə almış insanın qurtuluş prosesi sosiomədəni fəaliyyətin öz meylləri uğrunda mübarizə aparan yeni subyektlərinin təzahür etməsi ilə sonralar fəhlə qadın, daha sonralar isə feminist və gənclər hərəkatının meydana çıxmasına gətirib çıxarmışdır ki, nəticədə tolerantlığın yeni: sinfi, gender və nəsillərarası formaları meydana çıxmışdır. Tolerantlığın yeni sub- yektinin statusunun möhkəmlənməsində son an onların seçki hüququnu mənimsəməsidir. Tolerantlığın sosiomədəni norması məhz bu endogen (daxili, internal) plüralizm növlərinə nisbətən daha optimal şəkildə fəaliyyət göstərir. Multikulturalizm və etnik dözümlülük situasiyaları ilə əlaqədar olaraq tarixi episentri Qərbi Avropa olan tolerantlıq qaydalarının və sərhədlərinin yenidən nəzərdən keçirilməsi məsələsi bu günümüzdə dəxüsusi kəskin şəkildə yenidən qaldırılmışdır Makrosistemlərin yeni vəziyyəti kimi qloballaşma dövrü tolerantlığın sosiomədəni norması məsələsinin dəqiqləşdirilməsinitələb edir, beləliklə, yeni xüsusi mədəniyyət fenomenləri (o cümlədən, qlobal iqtisadi böhran) istehsal edilir və tolerantlığı qeyrimüəyyənliyə doğru aktuallaşdırır. Tolerantlığın qeyri müəyyənliyə doğru aktuallaşmasının əsasında insanın bütünlükdə kulturogenetik fəaliyyəti durur. Tolerantlığın qeyrimüəyyənliyinin aradan qaldırılması, bu sahədə müəyyən edilməsi üzrə planın yaradılması kulturogenezin yalnız transformasiya yollarına deyil, eləcə də innovasion inkişaf yollarına da istiqamətləndirilməsinə imkan verən həm koqnitiv, həm yaradıcı qabiliyyətlərin əsasında təzahür edir.
Ədəbiyyat:
1. Краткий психологический словарь/ Л.А. Карпенко, А.В. Петровский, М.Г. Ярошевский. Ростов н/Д: Издво «Феникс», 1998. 468 с.
2. МардахаевЛ.В. Словарь по социальной педагогике: Учеб.по- собие / Л.В. Мардахаев. М.: Издательский центр «Академия», 2002. 368 с.
3. Словарь по этике / А.А. Гусейнов, И.С. Кон. М.: 1998. 392с.
4. Современная западная социология. Словарь. М: Изд. Политической литературы, 1990. 432с.
5. Философский энциклопедический словарь. М.: ИНФРАМ, 1998. 567с. © Валеев А.М., Фомин Е.М., 2016 УДК 373. РФ
6. Хабермас Ю. Когда мы должны быть толерантными? О конкуренции видений мира, ценностей и теорий Социс. 2006. №1. С. 45 53.
7. Уолцер М. О терпимости. М.: ИдеяПресс, Дом интеллектуальной книги, 2000, 160 с.
Müəllif:
BDU-nun Sosial və Pedaqoji psixologiya kafedrasının dosenti İranə Məmmədli
BDU-nun Sosial və Pedaqoji psixologiya kafedrasının dosenti Elnarə Piriyeva