Müasir dövrdə ailələrdə qarşılıqlı münasibətlərə təsir edən amillər

Açar sözlər: ailə, cəmiyyət, ailədaxili münasibətlər, ər-arvad, münasibət
Ailə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemlərindən hesab edilir. Bu baxımdan, ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır. Ailə- daxili münasibətləri təhlil etmək üçün ilk növbədə bu münasibətlərin psixoloji mahiyyətini, ona təsir edən amilləri araşdırmaq lazımdı.
Ailə cəmiyyətdə formalaşır və onun başlıca özəyini təşkil edir. Ailənin ümumi sosioloji inkişaf qanuna- uyğunluqları da məhz cəmiyyətlə bağlıdır. Ailə ictimai tarixi hadisədir. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə şərtlənir. Ailə – cəmiyyətin təməl bir vahididir. Cəmiyyətdə dəyişikliklər baş verdikcə, bu ailəyədə təsir göstərir, ailədə dəyişir və inkişaf edir. Ailə kiçik sosial qrup olmasına baxmayaraq çox mürəkkəbdir. Ailənin öyrənilməsi həmişə aktual mövzu olmuşdur. Etnoqrafik tədqiqatlara görə insanları 3 dövrə ayırmaq mümkündür: vəhşilik, varvarlıq və sivilizasiya və bu dövrlərin hər birinin özünəməxsus davranışları, münasibətləri və ailə formaları mövcud idi.
Ailə mövzusu ümumiyyətlə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemi hesab olunur. Ailə ən vacib sosial dəyərdir. Cəmiyyətin hər bir üzvü, sosial statusundan, etnik mənsubiyyətindən, əmlakından və maddi vəziyyətindən əlavə, doğulduğu andan həyatın sonuna qədər ailə və ailə vəziyyəti kimi bir xüsusiyyətə malikdir.İstənilən ailənin əsasını müəyyən bir nikah cütlüyü, obrazlı şəkildə deyilsə, bir kişi ilə bir qadın arasında özünəməxsus şəkildə yaranan ittifaq təşkil edir. Mütəfəkkirlər cəmiyyəti insanların qarşılıqlı təsirinin məhsulu hesab edərək göstərirdilər ki, cəmiyyət fərdlərdən ibarət deyil; bu fərdlərin arasında mövcud olan rabitə və münasibətlərin məcmusunu ifadə edir. Ailə də belədir. Onun mahiyyəti ailə münasibətləri ilə ölçülür. Lakin ailə münasibətlərini yalnız ər- arvad münasibəti kimi başa düşmək olmaz. Ərlə-arvad arasına münasibətlər ailə münasibətlərinin ancaq bir tərəfini ifadə edir. Ailənin çox mühüm sahəsi valideynlərlə övlad arasındakı münasibətlərlə bağlıdır. Mütəfəkkirlər: ailə, ər-arvad, valideynlər və uşaqlar arasındakı münasibətdən ibarətdir. Ailə bir çox emlərin tədqiqat obyektidir – sosiologiya, iqtisadiyyat, hüquq, etnoqrafiya, psixologiya, demoqrafiya, pedaqogika və s. Bu elmlərin hər biri öz predmetinə uyğun olaraq ailəni müxtəlif tərəflərdən öyrənir. İqtisadiyyat – ailənin istehlak aspektlərini və onun maddi faydasının və xidmətinin istehsalda iştirakını öyrənir. Etnoqrafiya – müxtəlif etnik xüsusiyyətlərə malik ailənin həyat tərzini öyrənir. Demoqrafiya – nəsil artırmada ailənin rolu. Pedaqogika – tərbiyə bacarıqlarını öyrənir. Ailə münasibətlərinin psixologiyası ailə- daxili münasibətləri, ailədə şəxsiyyətlərarası münasibətləri öyrənir [1,s.45]

Azərbaycan cəmiyyətində baş verən köklü, əsaslı dəyişikliklər həyat və fəaliyyətin bütün sahələrinə, o cümlədən ailədaxili münasibətlərin formalaşmasına ciddi şəkildə təsir göstərmişdir və təsir göstərməkdə davam edir. Bunun isə bir sıra sosial-psixoloji əsasları vardır. Cəmiyyət həyatında baş verən dəyişikliklər, iqtisadi-siyasi sistemin dəyişməsi bir tərəfdən özünü sosial, hüquqi təsirini göstərirsə, digər tərəfdən də mənəvi əxlaqi dəyişikliklərə səbəb olur. Cəmiyyət həyatında baş verən dəyişikliklər, insanlardan bir tərəfdən dünya dövlətlərinə inteqrasiyanı tələb edirsə, digər tərəfdən də milli xüsusiyyətlərimizin, adət-ənənələrin qorunmasını, inkişaf etdirilməsini tələb edir. Bütün bunlar həm ayrı-ayrı şəxslərin həyat və düşüncə tərzinə təsir göstərir, həm də bütövlükdə ailə həyatına, ailədaxili münasibətlərə təsir göstərir. Lakin insanlar cəmiyyət həyatında baş verən belə dəyişikliyə psi xoloji baxımdan hazır deyillər və bu hal cəmiyyətdə, eləcə də ailələrdə bir sıra problemin yaranmasına səbəb oldu. İnsanlar obyektiv təsirləri özlərinin subyektiv baxışları əsasında qavrayırlar. Ailədaxili münasibətlər problemini biz də məhz sistem yanaşma mövqeyindən tədqiq etməyi qarşıya məqsəd qoymuşuq. Odur ki, “sistem yanaşma” və “sistem” anlayışları ilə əlaqadar bəzi cəhətləri nəzərdən keçirmək zəruridir [2, s. 56].
Ailə, ailədaxili münasibətlər problemi bütün dövrlərdə müxtəlif ölkələrdə, müxtəlif ixtisas sahiblərinin daim diqqət mərkəzində olan problemlərdəndir. Bu, təsadüfi deyildir. Çünki ailə cəmiyyətin əsası kimi çox vacib olan bir sıra sosial funksiyaları həyata keçirir. Həmin funksiyaların yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi cəmiyyətin özünün mövcudluğu üçün böyük təhlükələr yaradır. Bu funksiyaların yerinə yetirilməsi nəinki iqtisadi, sosial-demo qrafik, etik, hüquqi, pedaqoji, həm də psixoloji əsaslara istinad edir. Ailənin çoxcəhətli, çoxaspektli və mürəkkəb təbiətə malik olması ilə bərabər, bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, qeyd edilən əsaslar nəinki müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlər, xalqlar, millətlər, etnoslar üçün, hətta eyni bir dövrdə, eyni bir millətin daxilində yaşayan etnoslar üçün məx- susi cəhətlərə malikdir. Yəni ailə- daxili münasibətlərin öyrənilməsi zamanı nəzərə almaq lazımdır ki, burda bütün cəmiyyətlər üçün həm ümumi, həm də xüsusi olan vacib məqamlar vardır. Problemin məhz bu cəhəti onun öyrənilməsinin bütün dövrlər üçün aktual olmasını şərtləndirir. Bu, bir tərəfdən, ailənin iqtisadi, hüquqi, sosial-demoqrafik və s. əsas- larda təzahür edən fərqli cəhətləri ilə əlaqədardırsa, digər tərəfdən, sosial- psixoloji planda, xüsusən hər bir xalqın, millətin, etnosun adət-ənənələri, streotip və yönümləri, sərvət meyil- ləri, sosial davranış normaları sfera- sında özünü büruzə verən fərqli xüsusiyyətlərlə bağlıdır. Bəzən ailənin yuxarıda qeyd etdiyimiz əsaslarından hər hansı biri müxtəlif dövrlərdə həmin etnosun nümayəndələri üçün fərqli sosial-psixoloji məna kəsb edir, fərqli yönümdə dəyərləndirilir.
Ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillər:
iqtisadi amil – işsizlik, həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması;
asosial amil – ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat sürməsi;
psixoloji amil – ailədə zorakılıq, aqresivlik, hədsiz qısqanclıq və s.;
tibbi amil – xroniki zöhrəvi və infeksiyalı xəstəlik, psixi və seksual pozuntu;
pedaqoji amil – mənəvi dəyərlərdə dünya görüşü məs. uşaqların tərbiyəsinə münasibət [3, s.210 ].
Fikrimizə aydınlıq gətirmək üçün həm ötən əsrin əvvəllərində, həm də yaşadığımız əsrin özündə mahiyyət etibarı ilə eyni səbəbdən qaynaqlanan nikah hadisəsinə diqqət yetirək. Ötən əsrin əvvəllərində əksər valideynlər öz qızlarını yaşlı, lakin zəngin kişilərə ərə verməkdə maraqlı idilər. (ailənin iqtisadi əsası) – “Məşədi İbad” fenomeni. İndi də həmin hadisə mövcuddur, lakin indi valideynlər deyil, gənc qızlar özləri bu addımı atırlar. Həm də burda əcnəbilərlə ailə qurmaq nisbətən daha ön plana keçir. Göründüyü kimi, iqtisadi əsas qalır, amma maraqlı tərəflər dəyişir və təbii ki, bu əsasda ailədaxili münasibətlər də fərqli xaraqter daşıyır. Tərəflərin əsaslandığı psixoloji müdafiə mexanizmləri də müxtəlif olur. Deməli, ailənin istinad etdiyi əsaslar bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla həmin əlaqə zəminində yaranan fərqli psixoloji mexanizmlərə, təzahürlərə malik olur. Bu, bir tərəfdən, tarixən yaranmış ailə adət-ənənələrində, ailədə rolların bölünməsində, nikahla bağlı təsəvvürlərdə, boşanma yönümündə və s. müvafiq şəkildə əks olu- naraq ailədaxili münasibətlərin xarakterinə, inkişaf dinamikasına bu və ya digər dərəcədə təsir göstərir. Digər tərəf dən, hər bir xalqın, millətin, etnosun milli xüsusiyyətlərindən, adət-ənənələrindən, streotip və yönümlərindən irəli gələn və ailədaxili münasibətlərdə özünəməxsus şəkildə əks olunaraq həmin münasibətlərin inkişafı və tənziminə, elecə də bütövlükdə ailə və onun problemlərinə özünəməxsus çalarlar verən müəyyən cəhətlərin yaranmasını şərtləndirir. Bu, isə o deməkdir ki, ailədaxili münasibətlərin öyrənilməsi ilə bağlı fərqli sosial-psixoloji zəminə əsaslanan müxtəlif psixoloji tədqiqatlardan əldə olunmuş nəticələri xüsusən də irəli sürülən psixoloji ideya və mexanizmləri universallaşdırmaq, onları eyni dərəcədə bütün xalqlara aid etmək düzgün olmazdı. Məhz bu cəhəti nəzərə alaraq Azərbaycan psixologiyasında da ailə problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirilmiş və bu sahə də bir sıra tədqiqatlar aparılmış, maraqlı və faydalı nəticələr əldə edilmişdir.
Müəliflərin fikrincə, ailə münaqi- şələrini əsas səbəblərə, başlıca motivlərə görə aşağdakı kimi qruplaşdırırlar: ər-arvaddan birinin və ya hər ikisinin güclü inkişaf etmiş maddi tələbatlarının olması;
tərəflərdən birinin və ya hər ikisinin nigahda hər şeydən əvvəl öz şəxsi tələbatlarını reallaşdırmağa cəhd etmələri; özünəhörmət təlabatlarının ödənilməməsi;tərəflərdən birində və ya hər ikisində özünüqiymətləndirmənin yüksək olması; ər-arvadın ər, arvad, ata, ailə baş- cısı, ev sahibəsi və digər rollar haqqın- da təsəvvürlərin üst-üstə düşməməsi; tərəflərdən birinin davranışında baş verən xoşagəlməzliyin səbəbinin başa düşülməməsi, nəticədə isə qarşılıqlı anlaşmazlığın yaranması; tərəflərdən birinin ailə təsərrüfatında iştirak etmək istəməməsi [4, s.200]. Müasir dünyada əsas problemlərdən biri də sosial-mənəvi mühitin, saflığının qorunmasıdır. Bu baxımdan ailə, istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır.
Ailə münasibətlərində baş verən digər bir dəyişiklik ənənəvi ailə mü- nasibətlərinin eqolitar – ailədə ər və arvadın sosial-iqtisadi funksiyalarının bərabərləşməsi sferasına transformasiyası ilə bağlıdır. Əgər əvvəllər ailənin idarəsi kişiyə məxsusidisə, indi bu idarəçilik müəyyən qədər ər-arvad arasında bölünür. Tədqiqatlar göstərir ki, sosial-iqtisadi təminatı yüksək olmayan ailələrdə münasibətlərdə də problem yaranır. Bu, özünü ilk növbədə ər-arvad münasibətlərində, onların vasitəsiylə övlada münasibətdə öz əksini tapır.
Problemli, xüsusilə qeyri-sabit ailələrdə maddi vəziyyətin çətinliyi dağıdıcı faktora çevrilir. Sabit ailələrdə də bu amil özünü göstərir, lakin qeyri-sabit ailələrdən fərqli olaraq bu dağıdıcı amilə çevrilmir. Burda ər-arvadın bir birini başa düşməsi, qarşılıqlı adaptasiya öz təsirini göstərir. Bu, daha çox psixoloji problemlər formasında təzahür edir. Daha çox isə ər-arvad hər ikisinin və ya onlardan birinin dözülməz xarakteri ilə bağlı olur [5, s. 175].
Yuxarda deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, hər ailədə ailədaxili münasibətlər müxtəlif cür qurulur. Ailə münasibətlərində ailə həyatı ilə bağlı kişi və qadınların yanaşmalarında da fərqlər mövcuddur. Ailədəki münasibətlər ərlə-arvadın, valideynlərlə uşaqların, uşaqlarla uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir.

Nəticə:
Məqalədə müxtəlif dövrlərdə cə miyyətin aktual problemlərindən olan ailə haqqında danışılır. Məqalə müasir dövrdə ailədaxili münasibətlərdə baş verən dəyişikliklərə həsr olunub. Cəmiyyətdə baş verən dəyişikliklər ailədaxili münasibətlərin formalaşmasına təsiri, ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillərə, ailə müna- qişələrinin əsas səbəblərinə toxunulub. Ailə münasibətlərində baş verən dəyişikliklər ənənəvi ailə münasibətlərində öz əksini tapmışdır. Müasir dövrdə tədqiqatçıların ailəyə bir sistem kimi baxışı və ailədə baş verənləri sistem yanaşma mövqeyindən yanaşıldığı vurğulanır.
Ədəbiyyat:
Əlizadə H.Ə. Sosial pedaqogikanın aktual problemləri. Bakı: Səda, 1998, 342 s.
Андреева Т. В. Семейная психо- логия. 2004, 244 с.
Çələbiyev N.Z. Ailə psixologiyası. Bakı, Mütərcim, 2015, 422 s.
Hüseynzadə R.L. Ailə Pedaqogikası. Bakı, 2016, 320 s.
Qurbanova L.M. Ailənin psixoloji problemləri və həlli yolları. Bakı: Bilik, 2012, 232 s.

Müəllif:

BDU-nun Sosial və Pedaqoji Psixologiya kafedrasının magistrantı Aydan Osmanlı

Son məqalələr

Online Qeydiyyat