V Könüllü Fəaliyyət Qrupu ilə iclas keçirildi

05.02.2022 -ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda V Könüllü Fəaliyyət Qrupu ilə iclas keçirildi. İclasda V Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva, qrup kordinatorları Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisləri, Nigar Əsgərova və Ayşən Qəribova iştirak etdilər. İclasda könüllülərlə görülən işlərin nəticələri nəzərdən keçirildi, qarşıda həyata keçirilməsi planlaşdırılan işlər müzakirə edildi, könüllülərin ideya və təklifləri dinlənilib dəyərləndirildi. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq V Könüllü Fəaliyyət Qrupumuzun üzvlərinə uğurlar, müvəffəqiyyətlər arzu edirik.

Son məqalələr

Online Qeydiyyat