Təcrübə proqramına əsasən 18.02.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu.
Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazədənin təqdimatında keçirilən təlimin mövzusu “Təşviş pozuntuları və korreksiyası” idi.
Nərmin xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı.
Nərmin xanıma zəngin bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.