Təcrübə proqramına əsasən 21.02.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu.
Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin mütəxəssisi, psixoloq Xəyalə Zalıyevanın təqdimatında keçirilən təlimin mövzusu “Psixoloji məsləhət prossesi” idi.
Xəyalə xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı.
Xəyalə xanıma zəngin bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.