Təcrübə proqramına əsasən 22.02.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu.
Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin mütəxəssisi, psixoloq Emilya Nəsibovanın təqdimatında keçirilən təlimin mövzusu “İlkin psixoloji dəyərləndirmə” idi.
Emilya xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı.
Emilya xanıma zəngin bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.