Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 04.03.2022 tarixində baş tutdu.
Qonağımız, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Reyhan Mirzağayeva mövzu isə “Yeniyetməlik dövründə deviant davranışın psixoprofilaktikası” oldu.
Zoom platforması üzərindən tədris olunan vebinarda Reyhan xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.
Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir