“Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimdə iştirak edən məktəb psixoloqlarına sertifikat təqdim edilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimdə iştirak edən məktəb psixoloqlarına sertifikat təqdim edilmişdir.

İmtahandan yüksək bal yığmış iştirakçılara fərqlənmə sertifikatı və kitablar təqdim edilmişdir.

Qeyd edək ki, Təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, psixoloq Ülviyyə Nəhmətova və Mətanət Əliyeva olmuşdur.

Təlimlərdə 1 ay müddətində 2 qrup olmaqlar hər qrupda 50 məktəb psixoloqu iştirak etmişdir.

Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.

Son məqalələr

Online Qeydiyyat