“Məktəblinin dostu” layihəsi çərçivəsində 13.04.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdir.
Təlimlərdə 1 ay müddətində 100 məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulmuşdur.
Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.