Dəyərli izləyicilərimiz, 18-19-20 Aprel 2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi VI Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət qeydiyyat başa çatdı.
Qeydiyyatdan keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı.
Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əliyev və Layihələr və Marketing və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Nigar Əsgərova iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqraminin əsas istiqamətlərilə bağlı suallar ünvanlamışlar.
Müsahibə əsasında Könüllü Fəaliyyət Proqramının üzvləri təyin olunacaq və bu haqda əməkdaşlarımız tərəfindən namizədlərə məlumat veriləcəkdir.
Hər birinizə uğurlar arzu edirik!