Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı​


23 aprel 2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər” mövzusunda Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı keçirildi.​
Açılışda Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və ardından iştirakçıların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.​
Tədbirin açılışını Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov etdi. O, Elmi Tədqiqat institutunun pandemiya dövründə məktəb psixoloqlarının peşəkar inkişafı ilə bağlı həyata keçirdikləri layihələr, aparılan tədqiqatlardan, nəşr olunan kitab və metodik vəsaitlərdən danışdı. Eyni zamanda İnstitutun Beynəlxalq Əməkdaşlığından və bunun məktəb psixoloqlarının peşəkar inkişafına təsirini də vurğuladı.​ Gələcəkdə həyata keçiriləcək layihələr haqqında da məlumat verərək, Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər mövzusuna toxundu.​
​ Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev çıxış etdi. O, bildirdi ki, məktəblərdə psixoloji işin təşkili sahəsində belə bir konfransın keçirilməsini dəstəkləyir və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdı.​
Tədbir Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini professor Ənvər Abbasovun çıxışı ilə davam etdi.​ O, məktəblərdə müşahidə olunan əsas psixoloji problemlərə toxundu, bu mövzuda daha intensiv şəkildə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu bildirdi.​ ​
​ Bakı Şəhər Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova çıxış edərək, məktəb psixoloqlarının öz peşə fəaliyyətlərində rastlaşdıqları əsas çətinliklərə və bu çətinliklərin həlli istiqamətində atılması gərəkən addımlara toxundu.​
Tədbirinin rəsmi hissəsi yekunlaşdıqdan sonra məruzələrə keçid olundu.​ ​
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf psixologiyası şöbəsinin rəhbəri Mətanət Əliyeva “Yeniyetmələrdə psixoloji böhranın təzahür xüsusiyyətləri” mövzusunda hazırlanan təqdiqat işini təqdim etdi. Tədqiqatın nəticələri məktəb psixoloqlarına açıqlandı, birgə müzakirə aparıldı.​ ​
Sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri, Aynur Bünyətova​ “İnternetin​ məktəblilərin həyatına təsiri və profilaktikası” mövzusunda​ çıxış etdi. Mövzu aktuallığını önə çıxaran məruzəçi, vacib məqamlara toxunaraq diqqətdə saxlanılmalı nüansları konfrans iştirakçıları ilə bölüşdü.​ ​
​ ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyevanın “Sabit və böhran vəziyyətdə şagirdlərin sosial-emosional bacarıqlarının inkişafı” mövzusunda çıxışı ilə davam edən tədbir iki fərqli problem üzrə workshoplarla yekunlaşdı.​ ​
Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Mələk Allahverdiyeva “ Məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixokorreksiyası”, Psixologiya Elmi- Tədqiqat İnstitutunun, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova​ “ Uşaqlara KBT( Koqnitiv davranış terapiyası) texnikalarının tətbiqi” mövzularında workshoplar təşkil edərək məktəb psixolqoları ilə yeni yanaşmalar, yeni texnikaları bölüşdülər.​ ​
Qeyd edək ki, iki günlük konfransda 7 məruzə, 4 workshop keçirilməsi nəzərdə tutulub.​
Konfransın keçirilməsinin əsas məqsədi məktəb psixoloqlarının peşəkar inkişafına dəstək olmaqdır.​ ​
Onu da qeyd edək ki, Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı 25 Yanvar 2019 -cu ildə həyata keçirilimişdir.​

Son məqalələr

Online Qeydiyyat