Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimdə iştirak edən məktəb psixoloqları üçün imtahan keçirilmişdir.
Qeyd edək ki, Təlimçilər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşıları, psixoloq Ülviyyə Nəhmətova, klinik psixoloq Mələk Allahverdiyeva və klinik psixoloq Nərmin Xəlilova olmuşdur.
Təlimlərdə 1 ay müddətində 3 qrup olmaqla ümumi 100 məktəb psixoloqu iştirak etmişdir.
Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.