27.05.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixologiya üzrə fəlsəfə doktoru, professor, BDU-nun Gender və psixologiya kafedrasının rəhbəri RƏNA FUAD QIZI İBRAHİMBƏYOVA ilə birgə Azərbaycan Psixologiya elminə əvəzsiz töhfələr vermiş psixoloq Fuad İbrahimbəyovla bağlı İNTERVİZİYA təşkil edildi və
Azərbaycanda İLK dəfə PSİXOLOGİYA TARİXİ MUZEYİ açıldı!
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə açılış üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verildi. Fuad İbrahimbəyov haqqında fikirlərini səsləndirən Elnur Rüstəmov Azərbaycanda Psixologiyanın inkişafından və bu TARİXİ günün vacibliyindən danışdı. Daha sonra, İnstitutun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, Maqsud İbrahimbəyovun həyat yoldaşı və Maqsud İbrahimbəyov mərkəzinin rəhbəri Anna İbrahimbəyova, ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, fəlsəfə elmləri doktoru, professor, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri Rəbiyyət Aslanova, psixologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, Bakı Dövlət Universitetinin “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin rəhbəri Zülfiyyə Veysova, BDU -nun Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Vəfa Nağıyeva, İnterviziya layihəsinin müəllifi, Psixologiya Elmi Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və Gender və Tətbiqi Psixologiya kafedrasının rəhbəri, prof. Rəna İbrahimbəyova çıxış etmişdir. Rəna İbrahimbəyova çıxışında Fuad İbrahimbəyov haqqında xatirələrini və fikirlərini bizimlə bölüşdü, həmçinin iştirakçıların Fuad bəy haqqındakı suallarını cavablandırdı və eyni zamanda belə bir tarixi hadisənin Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilməsindən dolayı instituta təşəkkürünü bildirdi.
Tədbirin 1 -ci hissəsi Fuad İbrahimbəyovun həbsdə olarkən ailəsinə yazdığı, Yazıçılar Birliyinin üzvü, “QIZIL QƏLƏM “Ali Media Mükafatı laureatı Valeh Heydərin səsləndirdiyi məktubun və yazıçının həmin məktubdan təsirlənərək yazdığı sonetin təqdimatı ilə yekunlaşdı.