Türkiyədə Türk Psikolojik Danışma ve Rehberlik Derneği və İstanbul Kültür Üniversitesi’nin birgə əməkdaşlığı ilə 23 -cü “Uluslararası Psikolojik Danışma ve Rehberlik Kongresi” həyata keçirilmişdir.
23. Uluslararası Psikolojik Danışma ve Rehberlik Kongresi’nin əsas mövzusu “Sürdürülebilir Kalkınma İçin Psikolojik Danışma ve Rehberlik” olmuşdur.
Kongresdə də “Sürdürülebilir Kalkınma İçin Psikolojik Danışma ve Rehberlik” əsas mövzusu ilə yanaşı ”okul psikolojik danışmanlığı”, “psikolojik danışma uygulaması ve süpervizyonu”, “psikolojik danışman eğitiminde akreditasyon”, “kariyer psikolojik danışmanlığı”, “aile, evlilik ve çift psikolojik danışmanlığı”, “rehabilitasyon psikolojik danışmanlığı”, “bağımlılık psikolojik danışmanlığı”, “zorlayıcı yaşam olaylarında psikolojik danışma ve rehberlik”, “gelişimsel ve önleyici ruh sağlığı psikolojik danışmanlığı” və “klinik ve ruh sağlığı psikolojik danışmanlığı” kimi mpvzulara da yer verilmişdir.
Konqresdə: PDR İstanbul Şube Başkanı, Yıldız Teknik Üniversitesi
Eğitim Fakültesi Dekanı
Prof. Dr. Mehmet Engin DENİZ, EĞİTİM GÜCÜ SEN -Eğitim ve Bilim Gücü Dayanışma Sendikası Genel Başkanı – Türk Psikolojik Danışma ve Rehberlik Derneği Genel Başkanı Oğuz ÖZAT, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova iştirak etmişdir.
Azərbaycanı təmsil edən Klinik psixoloq Narınc Rüstəmova və Elnur Rüstəmov aparılmış iki elmi tədqiqatı təqdim edəcək.
Narınc xanım 247 autizmdən əziyyət çəkən uşaqlar və ailələr üzərində “Otizm Spektrum Bozukluğunda Erken Tanı ve Özel Eğitimin Önemi”dən, Elnur müəllim isə Psixoloq Mətanət Əliyeva ilə birlikdə apardığı tədqiqatı “Ergenlik döneminde kriz durumları üzerine bir araştırma”dən danışacaqlar.