Psixologiya Elmi-Tədqiqat İnstitutunda 14.07.2022 tarixində şöbə müdirlərinin növbəti iclası keçirilmişdir.
İclasda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin rəhbəri Aydan Nəzərova, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri Məhərrəm Əliyev, Təhsil və Elmi-Metodiki şöbənin müdiri Hökümə Əliyeva, Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şahin Şərifov, Layihələr və Korporativ Əməkdaşlıqlar şöbəsinin müdiri Nərmin İsazadə və QEEG üzrə baş mütəxəssis Səyanə Əliyeva iştirak etmişdir.
İclasda ixtisasartırma kursları və həyata keçirilməsi nəzərdə tutulan konfrans və seminarlar, həmçinin yeni metodik vəsaitlərin hazırlanması və s. haqqında məsələlər müzakirə edildi.