Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə təlimi proqramı

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Bakı və Abşeronda fəaliyyət göstərən 200 nəfər məktəb psixoloqlarının həm nəzəri, həm də praktik biliklərini artırmaqdan, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədi ilə Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə təlimi
proqramının həyata keçirilməsi üçün seçimlərə start vermişdir.

Müsahibədən keçən 100 nəfər baza təhsili psixologiya ixtisası olan və 100 nəfər baza təhsili psixologiya olmayan məktəb psixoloqları müəyyənləşdiriləcəkdir.
Qeyd edək ki, təlimlərin Psixologiya Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Yıldız Teknik Universiteti və Türk Psikoloji Danışma ve Rehberlik dərnəyinin professor heyəti ilə əməkdaşlıq çərçivəsində hibrid formada təşkil olunması nəzərdə tutulub. Bununla yanaşı təlim prossesində superviziya saatları da keçiriləcəkdir.

Müsahibə heyəti: Doktorant, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Mələk Allahverdiyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları, məsləhətçi psixoloq Yuliya Bayramova və psixoloq Aytac Məmmədova olmuşdur.

Qeyd etmək lazımdır ki, seçimlər davam edir. İştirakçılara uğurlar arzu edirik.

Bizimlə əlaqə: Mobil/Whatsapp 079 268 27 08

Email adressimiz: info@psixologiya

Son məqalələr

Online Qeydiyyat