Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova 17-19 sentyabr tarixlərində Türkiyədə keçiriləcək 4.Avrasiya Pozitif Psikoloji Kongresində Azərbaycanı təmsil edəcək.
Azərbaycanda İLK dəfə olaraq klinik psixoloq Narınc Rüstəmova tərəfindən 1244 nəfər arasında aparılan araşdırmanın, Oxford xoşbəxtliyi ölçmə şkalasının təqdimatı baş tutacaqdır.